Cümə axşamı , Aprel 25 2024
Ana səhifə / Kriminal / Ətin qiyməti 6-7 manata düşəcək – RƏSMİ

Ətin qiyməti 6-7 manata düşəcək – RƏSMİ

Bayramqabağı paytaxtda təşkil olunacaq yarmarkalarda mal və qoyun əti qiymətinin maksimum 7 manat olacağı deyilir.
Artıq paytaxtın Xətai rayonunda təşkil olunan yarmarkada ətlərin üzərinə bu qiymətlər vurulub.
Kənd Təsərrüfatı Nazirliyinin mətbuat xidmətinin rəhbəri Murtuzəli Hacıyevin sözlərinə görə, bayramqabağı yarmarkalara 10 tona yaxın ət çıxarılacaq və bununla da süni qiymət artımının qarşısı alınacaq. Ətin 1 kiloqramının qiyməti 6-7 manat arasında dəyişməsi bazarlara da təsir edəcək və paytaxtın digər nöqtələrində də ət satanlar məcbur olub qiyməti salacaqlar.
Ancaq yarmarkalardan kənarda ət satanlar heç də belə düşünmürlər.
Satıcıların sözlərinə görə, yaxın bir neçə ayda ətin qiymətində ciddi azalma olacağı gözlənilmir.

Həmçinin oxuyun

Yarım milyonluq mənimsəmədə ittiham olunan politoloqla bağlı QƏRAR

Bakı Apellyasiya Məhkəməsində Beynəlxalq Münasibətlərin Araşdırılması Mərkəzi sədrinin beynəlxalq əlaqələr üzrə sabiq müşaviri Cəbrail Fərzəliyevin …

Bir cavab yazın