Cümə , Aprel 19 2024
Ana səhifə / Kriminal / Ərli qadını evindən qaçırdılar – Azərbaycanda ŞOK OLAY (TƏFƏRRÜAT-VİDEO)

Ərli qadını evindən qaçırdılar – Azərbaycanda ŞOK OLAY (TƏFƏRRÜAT-VİDEO)

Gəncə polisi Kəpəz rayon sakini, üç uşaq anası, 1990-cı il təvəllüdlü Vüsalə Hüseynovanın itkin düşməsi ilə bağlı araşdırma aparır.

Unikal.org xəbər verir ki, qadın sentyabrın 21-də evinin qabağından qaçırılıb.

Qohumları onun həyat yoldaşı Ramin Hüseynovun işdən evə qayıdanda pəncərənin şüşəsinin sındığını və yerdə qan damlaları gördüyünü bildirir. Bundan əlavə, evdə hər şey alt-üst edilibmiş. Buna görə qohumlar naməlum şəxsin mənfəət üçün evə girdiyini və çıxarkən qadını özü ilə apardığını ehtimal ediblər. 

Lakin Gəncə Şəhər Polis İdarəsi heç bir oğurluğun olmadığını bildirir. V.Hüseynova özü evdən qaçıb. Buna görə fakt oğurluq yox, itkin düşmə kimi qeyd olunub. Üstəlik, oğurluq faktının uyğunsuzluğu başqa bir versiyada da özünü göstərir. Belə ki, Hüseynovlar ailəsinin o qədər maddi imkanı yoxdur ki, cinayətkarlar qadını pul almaq məqsədilə qaçırsın.

Hazırda müstəntiqlər itkin düşmüş şəxslərin axtarışı ilə məşğuldur. Gəncə Baş Polis İdarəsindən Oxu.Az-a verilən məlumata görə, polisdə artıq qadını tapmaq üçün ipucları da var.

10:53

Gəncədə bir neçə gün əvvəl itkin düşməsi ilə bağlı xəbəri yayılan qadının evindən oğurlandığı məlum olub.

Unikal.org Baku.ws-ə istinadən xəbər verir ki, bu barədə qadının yaxınları danışıb. Belə ki, Gəncə şəhəri, Kəpəz rayon sakini, 1990-cı il təvəllüdlü Vüsalə Hüseynova 4 gün əvvəl evdən oğurlanıb və onun taleyi məlum deyil.

Belə ki, sentyabrın 21-də axşam saatlarında Ramin Hüseynov işdən evə qayıdanda həyat yoldaşının evdə olmadığını, evin pəncərəsinin sındırıldığını və yerdə qan izlərinin olduğunu görüb. Həmçinin Mətbəxin qapısının şüşəsi də sındırılıb.

Evdən oğurlanan qadını hamı sakit və namuslu insan kimi xarakterizə edir. Yaxınları üç uşaq anası olan Vüsalənin taleyindən narahatırlar və əlaqədar qurumlardan bu işin açılması üçün əllərindən gələni etmələrini xahiş edirlər.

Hadisə ilə bağlı hüquq-mühafizə orqanları tərəfindən araşdırma aparılır.

Həmçinin oxuyun

Talassemiyalı uşaqlar üçün toplanmış pulları ələ keçirənlərin məhkəməsi: “İşi ürək ağrısı ilə oxumuşuq”

Talassemiyadan əziyyət çəkən uşaqlar üçün toplanmış pulları ələ keçirməkdə ittiham olunan “Urmedhelp” və “My Doc …