Çərşənbə , Aprel 24 2024
Ana səhifə / Kriminal / Əri ölkədən qaçan qadın rəfiqəsi ilə gömrükçüləri dəhşətə gətirdi

Əri ölkədən qaçan qadın rəfiqəsi ilə gömrükçüləri dəhşətə gətirdi

İrandan Azərbaycana külli miqdarda narkotik vasitə gətirməkdə ittiham olunan Lənkəran sakini, 1971-ci il təvəllüdlü Hüsniyyə Abbasova və Sabirabad sakini, 1965-ci il təvəllüdlü Səkinə Abdurəhimovanın cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.


Demokrat.az-ın əldə etdiyi məlumata görə, Hüsniyyə Abbasova 2019-cu ilin may ayının əvvəllərində İran İslam Respublikasının Biləsuvar şəhərində Azərbaycan Respublikasının vətəndaşı Səkinə Abdurəhimova və şəxsiyyəti müəyyən edilməmiş şəxslə satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda psixotrop maddələri əldə etmə, saxlama, daşıma və Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən gizli, qaçaqmalçılıq yolu ilə keçirmə barədə qabaqcadan əlbir olub cinayət əlaqəsinə giribş


Əldə edilmiş razılığa və ümumi cinayətkar niyyətə uyğun olaraq, 7 may 2019-cu il tarixdə orada cinayətkar qrupun üzvü Səkinə Abdurəhimova ilə birgə cinayətkar qrupun şəxsiyyəti müəyyən edilməmiş üzvündən 6 bükümdə ayrı-ayrılıqda 52,994 qram, 58,394 qram, 4,137qram, 23,116 qram, 25,781 qram və 32,583 qram olmaqla ümumilikdə külli miqdarda, 197,005 qram metamfetamin psixotrop maddəsini satış məqsədi və tamah niyyəti ilə qanunsuz olaraq qəsdən əldə edib, həmin psixotrop maddəni Bakı şəhərinə gətirərək  cinayətkar qrupun şəxsiyyəti müəyyən edilməmiş üzvünə 700 manat pul müqabilində təhvil vermək üçün Səkinə Abdurəhimova ilə birgə rezin şarda qablaşdırıblar.


Onlar narkotik vasitələri 5 bükümdə daxili orqanı- cinsiyyət orqanlarında və 1 bükümdə alt paltarı-qısa tumanının altında yerləşdiriblər.


Daha sonra İran İslam Respublikasından Azərbaycan Respublikasına gələrkən, həmin gün saat 21.30-da “Biləsuvar” gömrük postunda Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən gizli, qaçaqmalçılıq yolu ilə qəsdən keçirərkən saxlanılıblar.


Aparılmış müayinə zamanı həmin qadınların cinsiyyət orqanlarından və alt paltarlarında gizlətdikləri narkotik vasitələr aşkar olunaraq götürülüb.


İstintaq orqanı tərəfindən hər iki təqsirləndirilən şəxsin barəsində Cinayət Məcəlləsinin 206.3.2-ci (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən qaçaqmalçılıq törətmək), 234.4.1-ci (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən və ya mütəşəkkil dəstə tərəfindən narkotik vasitələri, psixotrop maddələri və ya onların prekursorlarını hazırlama, istehsal etmə, əldə etmə, saxlama, daşıma, göndərmə və ya satma) və 234.4.3-cü (külli miqdarda narkotik vasitələri, psixotrop maddələri və ya onların prekursorlarını hazırlama, istehsal etmə, əldə etmə, saxlama, daşıma, göndərmə və ya satma) maddələri ilə ittiham elan edilib.


Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə təqsirləndirilən şəxslərin hər biri 5 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.


Hökmdən narazı qalan Hüsniyyə Abbasova və Səkinə Abdurəhimova apelyasiya şikayəti veriblər. Hüsniyyə Abbasova apelyasiya şikayətində ona təyin olunmuş cəzanın çəkilməsinin himayəsində olan azyaşlı uşağı 14 yaşına çatanadək təxirə salınmasını xahiş edib.


Hüsniyyə Abbasova apelyasiya şikayətini belə əsaslandırıb ki, etdiyi əməldən peşmandır. O, qeyd edib ki,  4 qız övladı var və kiçiyi 12 yaşındadır. Övladlarının ondan başqa heç kimi olmadığını göstərən Hüsniyyə Abbasova bildirib ki, ataları 17 ildir onları atıb və Azərbaycan Respublikasını tərk edib: 


“Bir övladım 14 ildir hematoma xəstəliyindən əziyyət çəkir, hal-hazırda sifət nahiyəsindən paralic olub və həkim nəzarətindədir. Özüm də 8 ildir xəstəyım və heç bir yerdə müalicəm yoxdur”.


Səkinə Abdurəhimova isə apelyasiya şikayətində barəsində təyin olunmuş cəzanın şərti cəza ilə əvəz olunmasını istəyib.


Hər iki qadının şikayəti araşdırılması üçün Şirvan Apelyasiya Məhkəməsinə göndərilib. Hakim Rafiq Cəfərovun sədrliyi ilə baş tutan iclasda apelyasiya şikayətlərinin dəlilləri araşdırlıb, sonda qərar elan edilib.


Qərara görə, Hüsniyyə Abbasova və Səkinə Abdurəhimovanın ayrı-ayrılıqda verdikləri apelyasiya şikayətləri təmin olunmayıb.

Həmçinin oxuyun

Məktəb direktoru 300 min manat mənimsədi

Bakıda məktəb direktoru vəzifəsində çalışmış 1966-ci il təvəllüdlü​ Samirə Əkbərova barəsindəki cinayət işi üzrə məhkəmə yekunlaşıb. Bakı …