Cümə , Aprel 19 2024
Ana səhifə / Kriminal / Əli Kərimlinin qohumunun güllələnməsi haqda rəsmi məlumat YAYILDI

Əli Kərimlinin qohumunun güllələnməsi haqda rəsmi məlumat YAYILDI

Daxili İşlər Nazirliyi (DİN) kriminal avtoritetin güllələnməsi faktı ilə bağlı məlumat yayıb.

Nazirliyin mətbuat xidmətindən Open.az-a verilən məlumata görə, noyabrın 25-də saat 2 radələrində Saatlı rayonunun Azadkənd kəndi ərazisində kənd sakini, əvvəllər məhkum olunmuş Oqtay Əkbərovun baş nahiyəsində güllə yarası olan meyitinin idarə etdiyi “BMW” markalı avtomobilində tapılması barədə daxil olmuş məlumatla əlaqədar dərhal rayonun polis və prokurorluq orqanlarının əməkdaşları tərəfindən müvafiq tədbirlər görülüb.

Birgə keçirilmiş təxirəsalınmaz istintaq və əməliyyat-axtarış tədbirləri nəticəsində qətli törətməkdə şübhəli bilinən O.Əkbərovun qardaşı oğlu, Azadkənd sakini Saleh Əkbərov saxlanılıb. Ondan hadisəni törədərkən istifadə etdiyi, müvafiq sənədləri olmayan “İJ-58” markalı tüfəng götürülüb.

Faktla əlaqədar Cinayət Məcəlləsinin 120-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb.

Qeyd edək ki, mətbuatın yaydığı məlumata görə, O. Əkbərov kriminal avtoritetdir.

Dia.a xatırladır ki, azvision.az saytı öldürülən kriminal avtoritetin AXCP sədri Əli Kərimlinin qohumu olması barədə məlumat yayıb.

Həmçinin oxuyun

145 milyon manatlıq yeyintidə Vasif Talıbovun oğlunun adı hallanır

Hər biri 140 milyon civarında mənimsəmədə ittiham olunan iki məmurun – Naxçıvan Muxtar Respublikasının keçmiş …