Ana səhifə / Kriminal / Əli Həsənovun nəvəsinə hökm oxundu – 6 il cəza

Əli Həsənovun nəvəsinə hökm oxundu – 6 il cəza

Məhkəmə Qaçqınların və Məcburi Köçkünlərin işi üzrə Dövlət Komitəsinin sədri Əli Həsənovun nəvəsi Nail Allahverdiyevə hökm oxuyub.

Məhkəmənin hökmü ilə Nail Allahverdiyev 6 il müddətinə azadlıqdan məhrum edilib.

****
Qaçqınların və Məcburi Köçkünlərin işi üzrə Dövlət Komitəsinin sədri Əli Həsənovun nəvəsi Nail Allahverdiyevin məhkəməsi davam edib.

Musavat.com xəbər verir ki, Nail Allahverdiyevin cinayət işi üzrə məhkəmə prosesi Bakı Ağır Cinayətlər Məhkəməsində baş tutub.

Məhkəmədə dövlət ittihamçısı çıxış edib. Prokuror N Allahverdiyevin 7 il müddətinə azadlıqdan məhrum edilməsini istəyib. Dövlət ittihamçısı N.Allahverdiyev Cinayət Məcəlləsinin 264-cü maddəsi ilə bəraət verilməsini istəyib.

Əli Həsənovun nəvəsi Heydər Əliyev prospektində “Mercedes Galendawagen” markalı maşını ilə törətdiyi qəza ilə iki nəfərin ölümünə, iki nəfərin isə ağır yaralanmasına səbəb olmuşdu. Hadisə avqustun 3-də baş versə də qəza zamanı xəsarət alan piyadaların (hər ikisi Türkiyə vətəndaşıdır) vəziyyəti hələ də ağır olaraq alır. Onlar müalicə üçün Türkiyəyə yola salınıb.

Qəzanın baş vermə səbəbi isə N.Allahverdiyevin idarə etdiyi maşının başqa bir avtomobillə ötüşməsi olub.

Hadisədən 4 gün sonra Nail Allahverdiyevin həbs edilməsi ilə bağlı yayılan rəsmi məlumatda göstərildi ki, Cinayət Məcəlləsinin 263.3-cü (yol hərəkəti qaydalarını pozma – iki və daha artıq şəxsin ölümünə səbəb olduqda) və 264-cü (hadisə yerindən qaçma) maddəsi ilə başlanılmış cinayət işi üzrə 1994-cü il təvəllüdlü Nail Allahverdiyev barəsində məhkəmənin hökmü ilə 4 ay müddətinə həbs qətimkan tədbiri seçilib. O, Bakı İstintaq Təcridxanasına, Kürdəxanıya köçürülüb.

Qəza zamanı orada yüksək sürətlə avtoxuliqanlıq hərəkətləri törətməklə ictimai asayişi kobud şəkildə pozan “Mazda” markalı avtomobilin sürücüsü 1995-ci il təvəllüdlü Mirməhəmməd Əlövsət oğlu İsmayılov isə məhkəmənin qərarı ilə 1 ay müddətinə inzibati həbs cəzası alıb.

Həmçinin oxuyun

1,2 milyonluq dələduzluqda ittiham olunan iş adamı azadlığa buraxıldı – 7 il cəza almışdı

Dələduzluqda təqsirləndirilən “MİR” avtosalonunun sahibi Məhərrəm Əhədov azadlığa buraxılıb. Qaynarinfo-nun əldə etdiyi məlumata görə, 1974-cü il …