Cümə axşamı , Mart 28 2024
Ana səhifə / Kriminal / Əli Əliyevin partiyasının qərargahının qarşısındakı pilləkəni kim yararsız hala salıb?

Əli Əliyevin partiyasının qərargahının qarşısındakı pilləkəni kim yararsız hala salıb?

Daxili İşlər Nazirliyi (DİN) Vətəndaş İnkişaf Partiyasının (VİP) Yasamal rayonunda yerləşən qərargahının qarşısındakı pilləkənin yararsız hala salınmasına münasibət bildirib. 

DİN-in Mətbuat Xidmətinin KİV və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis mayoru Elşad Hacıyev deyib ki, VİP-in Yasamal rayonunda yerləşən qərargahının qarşısındakı pilləkənin daş məhəccərlərinin yararsız hala salınması ilə bağlı əməldə siyasi motiv yoxdur:

“Polis tərəfindən keçirilən tədbirlərlə müəyyən olunub ki, mayın 1-də gecə saatlarında rayon sakinləri – Elçin Məmmədov və Fərid Əhmədov arasında şəxsi münasibətlər zəminində münaqişə baş verib. Baş verən münaqişədən sonra F.Əhmədov içkili vəziyyətdə partiya qərargahının qarşısındakı məhəccərləri dağıdaraq yararsız hala salıb.

Faktla əlaqədar Yasamal Rayon Polis İdarəsinin 27-ci Polis Bölməsində təhqiqat araşdırması aparılır”.\Report

Qeyd edək ki, sözügedən siyasi təşkilatın rəhbəri hazırda məhbus həyatı yaşayan Əli Əliyevdir. 

Həmçinin oxuyun

Çingizi arvadı ifşa edibmiş – Mərhum nazirin oğlu da dindirilib

Xəbər verdiyimiz kimi, Bakı Şəhər Halqası Əməliyyat şirkətinin İdman Əməliyyatları şöbəsinin rəisi işləmiş Çingiz Mehdiyev …