Cümə axşamı , Aprel 25 2024
Ana səhifə / Kriminal / Ələt-Astara yolunda qəzada yaralananlardan biri dünyasını dəyişdi

Ələt-Astara yolunda qəzada yaralananlardan biri dünyasını dəyişdi

Ələt-Astara avtomobil yolunda baş vermiş qəzada xəsarət alan ailənin üzvlərindən biri xəstəxanada dünyasını dəyişdi.

Virtualaz.org-un Şirvan bürosunun məlumatına görə, travmatik şok vəziyyətində Salyan Mərkəzi Xəstəxanasının reanimasiya şöbəsinə yerləşdirilən 29 yaşlı Bakı şəhəri, 7-ci mikrorayon sakini Cavid Rafael oğlu Tahirli dünyasını dəyişib. O, aşan “Toyota Prado”nun sürücüsü olub.

*   *   *22:36

Bu gün axşam saatlarında Ələt-Astara avtomobil yolunun Salyan rayonunun Marışlı kəndindən keçən 70-ci km-də minik maşını idarəetməni itirərək aşıb.

Virtualaz.org-un Şirvan bürosunun məlumatına görə, hadisə nəticəsində avtomaşında olan bir ailənin 4 üzvü – Bakı şəhər sakinləri – 29 yaşlı Cavid Rafael oğlu Tahirli, onun bacısı – 32 yaşlı Kəmalə Rafael qızı Tahirova, Kəmalə Tahirovanın 1 yaşlı oğlu və 38 yaşlı həyat yoldaşı Heybət Rahim oğlu İmanov müxtəlif dərəcəli xəsarətlərlə Salyan Mərkəzi Rayon Xəstəxanasına çatdırılıblar.

Cavid Tahirli travmatik şok vəziyyətində olduğu üçün xəstəxananın reanimasiya şöbəsinə yerləşdirilib.

Digər xəsarət alanların isə ambulator müalicəyə buraxılacağı gözlənilir.

Faktla bağlı raşdırma aparılır.

Həmçinin oxuyun

Həbsdəki başçı yarım milyonluq zərərin bir hissəni ödədi, amma…

Gəncə Ağır Cinayətlər Məhkəməsində hakim Natiq Əliyevin sədrliyi ilə Şəmkirin sabiq icra başçısı Alimpaşa Məmmədovun …