Şənbə , Aprel 20 2024
Ana səhifə / Kriminal / Əhmədzadənin adamları bir-birilərinə qarşı… – Çəkişmə

Əhmədzadənin adamları bir-birilərinə qarşı… – Çəkişmə

Əmək pensiyaları haqqında Azərbaycan Respublikasının Qanununa əsasən (II fəsil. Yaşa görə əmək pensiyası. Maddə 7. Yaşa görə əmək pensiyasının təyin edilməsi şərtləri) 75 yaşlı Allahverdi Əliyev artıq 10 – 12 il öncə təqaüdə göndərilməli idi. Yalnız elmi – tədqiqat və ali təhsil müəssisələrində çalışanlar istisna olunmaqla, əksər Azərbaycan vətəndaşları üçün qanun keçərlidir. Tutduğu vəzifədən göründüyü kimi ASC-yə məxsus İmişli Mərkəzi Mil – Muğan Qişlaqlarının Su ilə Təminatı idarəsinin 75 yaşlı rəisi Allahverdi Əliyevin görəvinin elmlə və ya ali təhsil müəsisəsi ilə hər – hası əlaqəsi yoxdur. Lakin görünür 75 yaşlı şəxsin ASC-də rəhbər vəzifə daşıması kiməsə sərf edir.

Mənbənin bildirdiyinə görə Kollektorların İstismarı və Bərpası idarəsinin rəisi Qasım Qasımov rəhbərlik etdiyi müəssisəyə gələn ehtiyat hissələri əsasən rayonun Əzizbəyov küçəsində yerləşən, Fuad İmanova məxsus ehtiyat hissələri dükanında satılır.

İmişli rayonunda Meliorasiya və Su Təsərrüfatı ASC-yə tabe olan qurumlarla bağlı Conflict.az-a məlumatlar davamlı olaraq daxil olmaqdadır. Həmin müəsisələrdən birində çalışan şəxsin verdiyi məlumata görə ASC-yə tabe olan qurumların rəhbərləri arasında qarşılıqlı ittihamlar artıq ən kəskin həddə – təhdidə qədər yüksəlib. Mənbənin bildirdiyinə görə mətbuatda dərc edilən məlumatlardan ciddi narahat olan Meliorasiya və Su Təsərrüfatı ASC-yə tabe olan qurumların rəhbərləri həmin məlumatların mətbuata sızmasında bir – birlərini günahlandırırlar. Hətta müəssisə rəhbərləri bir- birlərinə “mətbuat mənimlə bağlı məlumatları bu qədər dəqiqliyi ilə haradan bilə bilər?” – deyə davamlı suallar da verirlər. Ötən saylarımızda qeyd etmişdik ki, Mirqoca Mirişovun rəhbərlik etdiyi Bəhramtəpə Hidroqovşaq idarəsinə, Qasım Qasımovun rəhbərlik etdiyi Kollektorların İstismarı və Bərpası idarəsinə, Allahverdi Əliyevin rəhbərlik etdiyi Mərkəzi Mil – Muğan Qişlaqlarının Su ilə Təminatı idarəsinə və s. təşkilatlara Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyəti tərəfindən verilən maşın – traktorlar, onların ehtiyat hissələri, o cümlədən su nasosları üçün ehtiyat hissələrinin, yanacağın və inşaat materialların heç də hamısı təyinatı üzrə istifadə edilmir.

Hətta mənbə həmin müəssisələr gələn yanacağın, ehtiyat hissələrinin və inşaat materiallarının realizə olunduğu məkanların adlarını belə bildirmişdi. Mal varlıqları ilə bağlı gizli saxladıqları sirrləri davamlı olaraq çözülən ASC-yə tabe qurumların rəhbərlərinin əndişəsi başa düşüləndir. Real bazar qiymətlərini nəzərə alaraq, bir – neçə yüz manat rəsmi əmək haqqı alan şəxslərin doğulduqları kəndlərdə, rayon mərkəzində və paytaxtda sahib olduqları evlərə, müxtəlif təyinatlı ticarət obyektlərinə, o cümlədən iri və xırda buynuzlu heyvanlardan ibarət fermalara sahiblənmələri əldə olunan gəlirlə tərs mütənasiblik yaradır. Ötən saylarımızdan birində qeyd edilmişdir ki, Kollektorların İstismarı və Bərpası idarəsinin rəisi Qasım Qasımova məxsus olduğu söylənilən, yalnız Qulubəyli kəndində iki mindən çox iri və xırda buynuzlu heyvanın olduğu ferma var. Sadə hesablama ilə təxminən biri 100 – 150 manatdan olmaqla, 1000 qoyunun bu günkü satış qiyməti 100 – 150 min manat, eyni saylı iri buynuzlu heyvan minimum həddə, yalnız biri 600 – 700 manat dəyərində qiymətləndirilərsə, 600 – 700 min manat vəsait deməkdir.

Sahiblənilən mal varlığının yalnız bir subyekti adamın milyonçu olduğunu göstərir. Bu rəqəmə mülklər. ticarət obyektləri, xarici markalı avtomobillərin dəyərini də əlavə etsək, o halda rəqəm daha qabarıq şəkilədə görünəcək. Mənbənin bildirdiyinə görə Kollektorların İstismarı və Bərpası idarəsinin rəisi Qasım Qasımov rəhbərlik etdiyi müəssisəyə gələn ehtiyat hissələri əsasən rayonun Əzizbəyov küçəsində yerləşən, Fuad İmanova məxsus ehtiyat hissələri dükanında satılır. ASC-yə tabe olan qurumların rəhbərlərinin söylədiyi kimi “бестоварная операция”.
Məlumatı verən mənbə bildirir ki, ASC-yə məxsus Mərkəzi Mil – Muğan Qişlaqlarının Su ilə Təminatı idarəsinə 75 yaşlı Allahverdi Əliyev rəhbərlik edir. Fermerlərə mütəmadi problem yaşadan 75 yaşlı A.Əliyevin rayon ərazisində müxtəlif təyinatlı ticarət obyektləri fəaliyyət göstərir. Əmək pensiyaları haqqında Azərbaycan Respublikasının Qanununa əsasən (II fəsil. Yaşa görə əmək pensiyası. Maddə 7. Yaşa görə əmək pensiyasının təyin edilməsi şərtləri) 75 yaşlı Allahverdi Əliyev artıq 10 – 12 il öncə təqaüdə göndərilməli idi. Yalnız elmi – tədqiqat və ali təhsil müəssisələrində çalışanlar istisna olunmaqla, əksər Azərbaycan vətəndaşları üçün qanun keçərlidir.

Tutduğu vəzifədən göründüyü kimi ASC-yə məxsus İmişli Mərkəzi Mil – Muğan Qişlaqlarının Su ilə Təminatı idarəsinin 75 yaşlı rəisi Allahverdi Əliyevin görəvinin elmlə və ya ali təhsil müəsisəsi ilə hər – hası əlaqəsi yoxdur. Lakin görünür 75 yaşlı şəxsin ASC-də rəhbər vəzifə daşıması kiməsə sərf edir. Ötən saylarımızda mənbənin verdiyi məlumatda ASC-yə tabe olan İmişlidəki qurumlara Cəmiyyətin sədr müavini, əslən Sabirabaddan olan Zakir Quliyevin patronajlıq etdiyi qeyd olunmuşdu. Bu istiqamətdə araşdırmalarımız davam edir. ASC-nin sədr müavininin himayədarlığının görəsən kökündə yerliçilik dayanır, yoxsa…

Mövzuya qayıdacağıq.

Redaksiyadan: Yazıda adı çəkilən qurum və ya şəxslərin də mövqelərini dinləməyə hazırıq.

Həmçinin oxuyun

Talassemiyalı uşaqlar üçün toplanmış pulları ələ keçirənlərin məhkəməsi: “İşi ürək ağrısı ilə oxumuşuq”

Talassemiyadan əziyyət çəkən uşaqlar üçün toplanmış pulları ələ keçirməkdə ittiham olunan “Urmedhelp” və “My Doc …

Bir cavab yazın