Ana səhifə / Kriminal / Ədliyyə işçilərinin adından necə istifadə edilib? – DƏLƏDUZLUQ

Ədliyyə işçilərinin adından necə istifadə edilib? – DƏLƏDUZLUQ

Ədliyyə Nazirliyinin və qurumun bir-neçə əməkdaşının adından sui-istifadə edərək, dələduzluq yolu ilə çoxsaylı vətəndaşları aldadıb onların külli miqdarda pulunu ələ keçirməkdə, həmçinin onları rüşvət verməyə təhrik etməkdə təqsiriləndirilən Zamin Qarayevin cinayət işi üzrə istintaq yekunlaşıb. 
İş baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib. 

Hakim Eldar İsmayılovun sədrlik edəcəyi məhkəmənin hazırlıq iclası 29 mart 2022-ci il, saat 12:45-ə təyin edilib.
Xatırladaq ki, deyək ki, Zamin Qarayev Bakı şəhəri Binəqədi Rayon İcra və Probasiya şöbəsinin icra məmurlarının şikayəti əsasında həbs edilib. 
Onlar adıçəkilən şəxsin cinayət əməlləri barədə Baş Prokuroru yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsinin 161 “qaynar xətt” əlaqə mərkəzinə məlumat verib.
13 sentyabr 2021-ci il tarixdə faktla bağlı cinayət işi başlanıb. Baş prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsi tərəfindən aparılmış ilkin araşdırmalarla Zamin Qarayevin dövlət orqanının və dövlət məmurlarının nüfuzuna şər atmaqla, onların adından sui-istifadə etməklə, icra məmuruna rüşvət verilməsi adı altında ayrı-ayrı şəxslərin ümumilikdə 192 000 manat pul vəsaitini dələduzluq yolu ilə ələ keçirməsinə əsaslı şübhələr müəyyən edilib.
Bundan sonra o, təqsirləndirilən şəxs qismində istintaqa cəlb edilərək, barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib. Zamin Qarayevə Cinayət Məcəlləsinin 29,178.3.2 (külli miqdarda ziyan vurmaqla dələduzluğa cəhd etmə), 178.3.2 (dələduzluq külli miqdarda ziyan vurmaqla törədildikdə) və 32.4,312.2-ci (vəzifəli şəxs tərəfindən bilə-bilə qanunsuz hərəkətlər etməyə görə rüşvət verməyə təhrik etmə) maddələri ilə ittiham verilib.

Həmçinin oxuyun

1,2 milyonluq dələduzluqda ittiham olunan iş adamı azadlığa buraxıldı – 7 il cəza almışdı

Dələduzluqda təqsirləndirilən “MİR” avtosalonunun sahibi Məhərrəm Əhədov azadlığa buraxılıb. Qaynarinfo-nun əldə etdiyi məlumata görə, 1974-cü il …