Şənbə , Avqust 8 2020
Ana səhifə / Kriminal /  Naxçıvanda yüksək vəzifəli məmur qətlə yetirildi – ARVADI HƏBS EDİLDİ

 Naxçıvanda yüksək vəzifəli məmur qətlə yetirildi – ARVADI HƏBS EDİLDİ

Naxçıvanda sabiq məmur arvadı tərəfindən öldürülüb.

Bakupost.az-ın məlumatına görə, uzun illər Naxçıvan Ədliyyə Nazirliyinin Qanunvericilik şöbəsinin rəisi vəzifəsində işləmiş Məhərrəmov Ayaz Bulud oğlu bir müddət əvvəl həyat yoldaşı Məhərrəmova Lalə Yusif qızı tərəfindən ehtiyatsızlıq nəticəsində öldürülüb. 

İstintaq orqanı tərəfindən L.Məmmədovaya Cinayət Məcəlləsinin 124.1-ci (ehtiyatsızlıqdan adam öldürmə) maddəsi ilə ittiham elan edib.

Cinayət işi baxılması üçün aidiyyəti üzrə məhkəməyə göndərilib.

Qeyd edək ki, Məhərrəmov Ayaz Bulud oğlu 2006-cı ildə Prezident İlham Əliyev tərəfindən “Dövlət Qulluğunda fərqlənməyə görə” medalı ilə təltif edilib.

Həmçinin oxuyun

Azərbaycan vətəndaşı girov götürülüb – Ailəsindən pul tələb edirlər + FOTO

Azərbaycan vətəndaşı Ələkbərov Ələkbər Rövşən oğlu girov götürülüb. Ona işgəncə verərək ailəsindən pul tələb edirlər. …