Bazar ertəsi , Oktyabr 18 2021
Ana səhifə / Kriminal / Əziz Orucov şüşə qəfəsdə deyil, vəkilin yanında əyləşib

Əziz Orucov şüşə qəfəsdə deyil, vəkilin yanında əyləşib

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində “Kanal 13” İnternet Televiziyasının rəhbərli Əziz Orucovun barəsindəki cinayət işi üzrə məhkəmə prosesi keçirilib.

Qafqazinfo – nun verdiyi xəbərə görə, hakim Mirzə Xankişiyevin icraatında olan prosesdə ilkin hazırlıq iclası baş tutub.
İclasda Ə.Orucovun anket məlumatları dəqiqləşdirilib. Onun vəkili Cavad Cavadov vəsatət verərək müdafiə etdiyi şəxsin şüşə qəfəsdən çıxarılaraq yanında əyləşməsini istəyib. Onun vəsatəti təmin edilib və Ə.Orucov qəfəsdən çıxarılıb.

Vəkilin cinayət işinə xitam verilməsi barədə vəsatəti isə təmin edilməyib.

Məhkəmədə fasilə elan edilib.

Qeyd edək ki, Əziz Orucov 2014-cü ildə QHT-lərə qarşı başladılmış cinayət işindən ayrıca icraata götürülmüş istintaq üzrə ittiham edilib: O, Cinayət Məcəlləsinin 192.2.2-ci (qanunsuz sahibkarlıq; külli miqdarda gəlir əldə etməklə törədildikdə) və 308.2-ci (vəzifə saxtarakarlığı; ağır nəticələrə səbəb olduqda) maddəsi ilə ittiham edilir. Onun barəsində üçün Nəsimi rayon məhkəməsinin qərarı ilə 4 ay müddətinə həbs-qətimkan tədbiri seçilib. Ə.Orucov ittihamları qəbul etmir və təqsirsiz olduğunu bildirir.

Həmçinin oxuyun

Xanım jurnalist üzləşdiyi təxribatın həll edilməsi ilə bağlı nazir Vilayət Eyvazova təşəkkür etdi

Jurnalist, Azeronline.tv saytının baş redaktoru Elmira Hümbətova daxili işlər naziri Vilayət Eyvazova xüsusi təşəkkürünü çatdırıb: …