Bazar , Yanvar 24 2021
Ana səhifə / Kriminal / Ətin qiyməti bahalaşıb – VİDEO

Ətin qiyməti bahalaşıb – VİDEO

Bərdədəki heyvan bazarında bahalaşma müşahidə edilir.

Artımı həm iribuynuzlu, həm də xırdabuynuzlu heyvanların satış qiymətində görmək mümkündür. Məsələn, bir ətlik xırdabuynuzlu və iribuynuzlunun kiloqram hesabı ilə satış qiymətində təxminən 1 manat civarında yüksəlmə var. Mal-qara satanlar bildirirlər ki, bahalaşmanın səbəbi bəslənmə heyvanlara verilən yemlərin qiymətinin yüksək qiymətə satılmasıdır. Heyvan bazarındakı bahalaşma ət satışı məntəqələrində də qiymətin yüksəlməsinə öz təsirini göstərib. Qəssablar deyirlər ki, həm mal, həm də qoyun əti bahalaşıb. Ət satışı ilə məşğul olanların sözlərinə görə, bahalaşma alıcılıq qabliyyətinin də aşağı düşməsinə gətirib çıxarıb. “Əvvəllər gün ərzində 250 kiloqram çəkisi olan iribuynuzlu heyvan kəsirdilərsə, indi 100 kiloqramlıq heyvan kəsirlər” deyə  qəssab Cahandar Musayev bildirib. Amma heyvan satışını həyata keçirən bəzi satıcılar isə bildirirlər ki, mal-qaranın qiyməti nə qədər yüksəlsə də ət alıb-yeyənlərin  sayı kifayət qədərdir. “Bir ay öncə quzu ətinin bir kiloqramı 7 manat olub. Həmin vaxt ət alıb yeyənlərin də sayı az olub. Amma quzu ətinin bir kiloqramı 8 manat olsa da ət alanlar çoxdur” deyə satıcı Yasir Nağıyev bildirib. (Region TV)

Həmçinin oxuyun

Azərbaycanda vəzifəli şəxslə bağlı cinayət işi başlandı – RƏSMİ

Salyan rayon Gigiyena və Epidemiologiya Mərkəzinin direktoru vəzifəsində işləyən Abuşov İntiqam Mirzağa oğlunun qanunsuz hərəkətləri …

Bir cavab yazın