Şənbə , Aprel 20 2024
Ana səhifə / Kriminal / “Ətin qiyməti əsaslı dərəcədə bahalaşıb” – EKSPERT

“Ətin qiyməti əsaslı dərəcədə bahalaşıb” – EKSPERT

Hər il Qurban bayramı ərəfəsində ətin qiymətində artım müşahidə edilir. Bəzən bu qiymət artımı real iqtisadi proseslərlə bağlı olsa da, bir çox hallarda süni şəkildə artırılır.

Kənd təsərrüfatı məsələləri üzrə ekspert Vahid Məhərrəmov Sputnik Azərbaycan-a deyir ki, artıq regionlarda qiymətlər bahalaşıb: “Aparılan müşahidələr zamanı 25-30 %-lik qiymət artımı qeydə alınıb. İri və xırda buynuzlu heyvanların qiyməti bahalaşıb. İstehlakçılar diri heyvan almağa maraqlıdırlar. Buna görə də onun da qiymətində artım var”.

“Qiymət artımının səbəblərindən biri də, təklifin azlığıdır. Digər ölkələrdə isə bunun tam əksi baş verir. Sahibkarlar çalışır ki, daha çox ət satıb, gəlir əldə etsinlər. Bizdə təklifin azlığı qiymətlərə təsir edən əsas amillərdən biridir” – deyə o bildirib.

Həmçinin oxuyun

Talassemiyalı uşaqlar üçün toplanmış pulları ələ keçirənlərin məhkəməsi: “İşi ürək ağrısı ilə oxumuşuq”

Talassemiyadan əziyyət çəkən uşaqlar üçün toplanmış pulları ələ keçirməkdə ittiham olunan “Urmedhelp” və “My Doc …

Bir cavab yazın