Cümə , Noyabr 27 2020
Ana səhifə / Kriminal / Ərzaq oğurluğunun cəzası nədir – RƏY

Ərzaq oğurluğunun cəzası nədir – RƏY

Son bir ildə ölkə iqtisadiyyatında bir qədər irəliləyiş əldə edilsə də, insanların bir qismi hələ də maddi çətinlikdən yaxa qurtara bilməyib. 2015-2016-cı illərdə  baş verən böhran və devalvasiya dalğası , iş yerlərinin bağlanması prosesi səngisə də, inflyasiya və zəruri ərzaq məhsullarının bahalaşması insanların gəlirlərinin dəyərsizləşməsinə gətirib çıxarıb.

Bu səbəbdən bəzən market və mağazalardan insanların məhz zəruri gündəlik tələbat mallarını oğurlaması ilə bağlı xəbərlər mətbuatda yer alır. Kimisi çörək, kimi uşaq qidası və digər məhsulu oğurlayarkən kameralara yaxalanır və polisə təslim edilir. Bu zaman həmin şəxslərin məsuliyyətə cəlb olunması cəmiyyətdə bir ictimai qınağa səbəb olur. Hər nə qədər oğurluq yaxşı hal olmasa da, insanların çarəsizlikdən bu addımı atması xətanı yüngülləşdirən hal kimi dəyərləndirilir.

Bəs görəsən, qanunvericilikdə bu kimi oğrular üçün hansı cəza və güzəştlər nəzərdə tutulur?

“Yeni Müsavat”ın sualını cavablandıran iqtisadçı ekspert, hüquqşünas Əkrəm Həsənov bildirdi ki, Azərbaycan qanunvericiliyində oğurluq əməli Cinayət Məcəlləsinin 177-ci maddəsi ilə tövsif olunur:  “Burada qeyd olunur ki,  oğurlanan malın dəyəri 100 manatdan yuxarı olduqda bu cinayət məsuliyyəti yaradır. Əgər söhbət çörəkdən gedirsə, çörək oğurlayan və ya dəyəri 100 manatdan dəfələrlə aşağı olan ərzaq məhsulu oğurlayan şəxs azadlıqdan məhrumetmə ilə cəzalandırıla bilməz.

Əkrəm Həsənov ile ilgili görsel sonucu

Oğurluq dedikdə özgənin əmlakını gizli şəkildə talamaq nəzərdə tutulur və ən sadə halda 1 ilədək azadlıqdan məhrumetmə ilə cəzalandırılır. Əmlak sahibinə 500 manatdan yuxarı, lakin 5 min manatdan az zərər dəydik də, cinayət məsuliyyəti yaranır. Yəni, dəymiş ziyan ən azı 100 manat olmalıdır. Hətta bu halda da Cinayət Məcəlləsində yüngülləşdirici hallar nəzərdə tutulub. Hadisələrin təbii axarı nəticəsində ilk dəfə olaraq böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətdikdə, yüngülləşdirici hal kimi nəzərə alınır”.

Ekspertin sözlərinə görə, oğurlanmış malın dəyəri 100 manatdan aşağı olanda bu hal İnzibati Xətalar Məcəlləsi ilə tənzimlənir: “Bu halda həmin şəxs “avaralıqla məşğul olmaq”la məsuliyyətə cəlb olunur. İXM-də “xırda oğurluq” anlayışı var.  Bu da avaralıqla məşğul olmaq adlı 523-cü maddənin tərkib hissəsidir. Bu halda həmin şəxs cərimə oluna bilər, bundan başqa vurduğu zərəri bağlamalıdır. Bir də 10 gün müddətinə inzibati qaydada həbs oluna bilər. Yüngülləşdirici amillər İXM-də də var. İnzibati xəta törətmiş şəsxin peşmançılığı, yetkinlik yaşına çatmaması, inzibati xətanın hamilə qadın və ya himayəsində azyaşlı uşaq olan qadın tərəfindən törədilməsi zamanı yüngülləşdirici hal tətbiq oluna bilər. Mən sonuncu maddəni doğru hesab etmirəm, niyə ancaq qadın? Himayəsində azyaşlı uşaq olan kişiyə də yüngülləşdirici hal tətbiq oluna bilər”.

Ə.Həsənovun sözlərinə görə, inzibati  xətanın zəruri müdafiə və ya son zərurət halında törədilməsi də cəzanı yüngülləşdirən səbəb kimi götürülür: “Son zərurət isə odur ki, məsələn insan və ya övladı acından ölür, yeməyə heç nə yoxdur və gedib oğurluq edir. Bu halda da yüngülləşdirici hal tətbiq olunur. Çörək və ya hər hansı ərzaq məhsulu oğurlayan şəxs Cinayət Məcəlləsi ilə məsuliyyətə cəlb oluna bilməz. İnzibati Xətalar Məcəlləsinə görə isə cərimə və ya maksimum 10 gün inzibati həbs  edilə bilər. Lakin son zərurət halında törədilibsə bu da tətbiq edilməməlidir.

Oğurluğa dinimiz də yol vermir. İslam dininə görə oğrunun ümumiyyətlə əli kəsilməlidir. Amma dinimizdə də var  ki, əgər insan aclıqdan oğurluq edibsə, cəza tətbiq olunmur, həmin insan məsuliyyətə cəlb olunmur. Yəni , bu təkcə qanunvericilikdən yox, həm də insanlıqdan doğan bir haldır”.

Həmçinin oxuyun

Evi tərk edən COVID-19 xəstələri saxlanıldı

Samuxda yaşayış yerini tərk edən koronavirus xəstəsi məsuliyyətə cəlb edilib. Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Gəncə regional …