Ana səhifə / Kriminal / Ərini yatdığı yerdə öldürən qadının məhkəməsi başlayır

Ərini yatdığı yerdə öldürən qadının məhkəməsi başlayır

Bakıda ərini qətlə yetirməkdə təqsirləndirilən Günay Şıxəliyevanın cinayət işi üzrə ibtidai istintaq başa çatıb.

APA xəbər verir ki, təqsirləndirilən şəxs barəsində toplanan cinayət işinin materialları baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

Baş Prokurorluq: 96 koronavirus testinin saxta olması faktı araşdırılır 

Cinayət işi hakim Eldar Mikayılovun icraatına verilib.

Qeyd edək ki, hadisə bu il martın 7-də saat 05 radələrində Suraxanı rayonu, Yeni Suraxanı qəsəbəsi ərazisində baş verib. Qəsəbə sakini, 1976-cı il təvəllüdlü Şıxəliyev Mahir Oqtay oğlunun yaşadığı evdə üzərində xəsarət izləri olan meyitinin aşkar edilməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.

Cinayət prosessual qanunvericiliyinin tələblərinə əsasən, prokurorluq əməkdaşları tərəfindən məhkəmə-tibb ekspertinin iştirakı ilə hadisə yerinə və meyitə baxış keçirilib, digər prosessual hərəkətlər yerinə yetirilib.

Aparılmış ilkin araşdırmalarla zərərçəkmiş şəxsin arvadı,1980-ci il təvəllüdlü Şıxəliyeva Günay Arif qızının ailə-məişət münasibətləri zəminində Mahir Şıxəliyevin yatmış vəziyyətdə olmasından istifadə edərək dəmir linglə onun baş nahiyəsinə çoxsaylı xəsarətlər yetirərək qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.

Faktla bağlı Suraxanı rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb, müvafiq ekspertizalar təyin edilib.

Günay Şıxəliyeva şübhəli şəxs qismində tutularaq istintaqa cəlb edilib.

Həmçinin oxuyun

Türkiyəli məşhur müğəninin boşandığı arvadını güllələdilər – FOTO

Türkiyəli müğənni Berdan Mardininin mart ayında boşandığı arvadı Fatoş Karadəmirə silahlı hücum olunub. “Haberler” məlumat …