Bazar ertəsi , Oktyabr 26 2020
Ana səhifə / Kriminal / Ər arvadının üzünə bıçaq çəkdi

Ər arvadının üzünə bıçaq çəkdi

Lənkəran rayonunun Liman şəhərində qadın bıçaq xəsarəti alıb.

“Report”un məlumatına görə, M.İbayev küçəsində yaşayan 1987-ci il təvəllüdlü Kərimova Könül Gülbala qızı “təcili yardım” maşını ilə Lənkəran Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.

Qadın üz nahiyəsindən kəsilmiş-deşilmiş bıçaq xəsarəti alıb.

Yaxınlarının dediyinə görə, həyat yoldaşı ailə münaqişəsi zamanı onun üz nahiyəsinin sağ tərəfini bıçaqla kəsib.

Xəstəxanadan K.Kərimovanın vəziyyətinin orta-ağır olduğu bildirilir. Qadın ağrının şokuna düşüb.

Həmçinin oxuyun

Bakıda bank işçisindən iş yoldaşına qarşı cinayət — Təfərrüat

Bakıda dələduzluq etməkdə ittiham olunan 1978-ci il təvəllüdlü Səbuhi Əhmədovun cinayət işi üzrə məhkəmə prosesi …