Çərşənbə axşamı , Yanvar 26 2021
Ana səhifə / Kriminal / Ərəb turistin 3 qadınla ölməsi xəbəri haqda – Açıqlama

Ərəb turistin 3 qadınla ölməsi xəbəri haqda – Açıqlama

“Ariva” hoteli yanvarın 8-də Bakıda ərəb turistin otaqda ölməsi ilə bağlı yerli KİV-də yayılan məlumatlara münasibət bildirib.

“ Azinforum.az ” xəbər verir ki, hoteldən Oxu.Az-a bildirilib ki, insident barədə dərhal polisə xəbər verilib və hadisə yerinə tibbi ekspertiza aparılıb. Ekspertiza nəticəsində ərəb turistin ürək çatışmazlığından vəfat etdiyi qeyd edilib. Həmçinin, otaqda onun qəbul etdiyi dərman preparatları da aşkar olunub.

Hotel nümayəndəsi ərəb turistin otağında xanımların olması barədə məlumatı isə təkzib edib: “Saytlarda yayılan məlumatlar yanlışdır. Həmin şəxsin otağında xanım olmayıb. O, nömrədə tək olub”.

Faktla bağlı araşdırmalar davam etdirilir.

Həmçinin oxuyun

Daha bir xəstəxana direktoruna cinayət işi açıldı

Qusar rayon xəstəxanasında təcili tibbi yardımın əməkdaşlarına verilən əlavə ödəmənin mənimsənilməsi ilə bağlı cinayət işi …