Çərşənbə , Aprel 24 2024
Ana səhifə / Kriminal / Ən çox vaxtı keçmiş kreditlər – Naxçıvandadır

Ən çox vaxtı keçmiş kreditlər – Naxçıvandadır

Mərkəzi Bankın bu ilin avqust ayının 1-nə açıqladığı məlumatlar əsasında regionlar üzrə kredit qoyuluşunun təhlili göstərir ki, iqtisadi rayonlar arasında vaxtı keçmiş kreditlərin ən yüksək səviyyəsi Naxçıvan Muxtar Respublikasında qeydə alınıb.
“Qafqazinfo” xəbər verir ki, bu barədə iqtisadçı ekspert Qubad İbadoğlu sosial şəbəkədə yazıb. Onun sözlərinə görə, həmin dövrə Azərbaycan üzrə vaxtı keçmiş kreditlərin cəmi kreditlərdə payı 6,4 faiz təşkil etdiyi halda Naxçıvan iqtisadi regionu üzrə bu göstərici 9,2 faiz olub: “Respubllika üzrə orta səviyyə ilə müqayisədə Naxçıvan iqtisadi rayonundan sonra daha pis göstərici Şəki-Zaqatala iqtisadi regionu üzrə – 8,9 faiz, Lənkəran iqtisadi rayonu üzrə – 8,6 faiz, Abşeron iqtisadi rayonu üzrə – 7,8 faiz qeydə alınıb. Göründüyü kimi, bu iqtisadi rayonlar kreditlərin vaxtında qaytarılması sahəsində intizamı ən çox pozan bölgələrdir”.

Ekspert bildirib ki,vaxtı keçmiş kreditlər üzrə həmin bölgələrdə yaranmış vəziyyət orda sahibkarlıq mühitinin digər bölgələrdən əlverişsiz olduğunu xarakterizə edir: “ Eyni zamanda adı çəkilən bölgələrdə bankların kredit portfelinin ölkə üzrə orta göstərici ilə müqayisədə daha da keyfiyyətsiz olmasının digər səbəbləri pis idarəçilik və sosial-iqtisadi sahədə geriləmələrdir”.

 

Həmçinin oxuyun

Yarım milyonluq mənimsəmədə ittiham olunan politoloqla bağlı QƏRAR

Bakı Apellyasiya Məhkəməsində Beynəlxalq Münasibətlərin Araşdırılması Mərkəzi sədrinin beynəlxalq əlaqələr üzrə sabiq müşaviri Cəbrail Fərzəliyevin …

Bir cavab yazın