Çərşənbə , Yanvar 27 2021
Ana səhifə / Kriminal / Əməkdar müəllimənin işindəki müəmmalı şəxs – “Adını çəksəm…”

Əməkdar müəllimənin işindəki müəmmalı şəxs – “Adını çəksəm…”

Dələduzluqda təqsirləndirilən 62 yaşlı “əməkdar müəllim” növbəti dəfə hakim qarşısına çıxarılıb.

Musavat.com xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində dələduzluqda təqsirləndirilən 1955-ci il təvəllüdlü Ağayeva Nuriyyə Fərhad qızının cinayət işi üzrə növbəti məhkəmə prosesi keçirilib.

Hakim Faiq Qəniyevin sədrliyi ilə baş tutan prosesdə məlum olub ki, zərərçəkmişlərə dəymiş zərər ödənilməyib.

N.Ağayeva dəymiş zərəri ödəmək üçün məhkəmədən vaxt istəyib. O, deyie ki, vətəndaşlardan pulu alıb başqa şəxsə verib. Həmin şəxs də pulu qaytaracağını deyir:

“Həmin adam məndən xahiş edir ki, adını çəkməyib. Məni hədələyirdi ki, adını çəksəm düşmənçilik olacaq. Hazırda özü Türkiyədədir. Yeni əlaqə saxlamışam. Dedi ki, pulları qaytaracaq. Mən də zərərçəkmişlərdən, sizdən xahiş edirəm ki, mənə vaxt verəsiniz”.

N.Ağayeva ötən proseslərdə olduğu kimi bu dəfə də pulları kimə verdiyini deməyib. O israrla bildirib ki, həmin şəxs onu hədələdiyi üçün ad çəkə bilmir.

Məhkəmə N.Ağayevaya son dəfə şans verib. Məhkəmə prosesi fevralın 19-na təyin edilib.

İttihama görə, Nuriyyə Ağayeva 5 nəfərə qarşı dələduzluq edib. O, vətəndaşların etibarından sui-istifadə edərək pullarını ələ keçirib.

Belə ki, N.Ağayeva işə düzəltmək, ali məktəbə tələbə qəbul etdirmək adı ilə vətəndaşları aldadıb. İttihama görə, N.Ağayeva zərərçəkmiş Rövşən Həsənovdan 4 min manat pul alıb. Bunun qarşılığında Rövşən Həsənovun oğlunu Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinə qəbul etdirəcəkmiş. Amma N.Ağayeva qeyd edilən məbləği alsa da vədinə əməl etməyib.

N.Ağayeva Mənsurə Əliyevadan nəvəsini universitetə qəbul etdirmək adı ilə 7 min manat, Zenfira İmanovadan oğlunu ali məktəbə qəbul etdirəcəyi adı ilə 30 min manat, Məhərrəm Quliyevdən isə oğlunu SOCAR-a sürücü düzəltmək adı ilə 3 min manat alıb. N.Ağayeva daha bir vətəndaşdan övladını ali məktəbə qəbul etdirmək adı ilə 25 min manat alıb.

N.Ağayeva Cinayət Məcəlləsinin 178.3.2-ci (dələduzluq; külli miqdarda törədildikə) maddəsi ilə ittiham edilir.

Qeyd edək ki, N.Ağayeva filologiya elmləri namizədi, “əməkdar müəllim”dir. O, həbs edilməmişdən bir müddət əvvəl işlədiyi təhsil müəssisəsindən ayrılıb.

Həmçinin oxuyun

“Şərurlu İsfəndiyar”la bağlı yeni xəbər

2016-cı ildən fəaliyyəti dayandırılmış “Zaminbank” ASC-nin Müşahidə Şurasının sədri vəzifəsində işləmiş, külli miqdarda mənimsəmədə təqsirləndirilən …