Çərşənbə , Noyabr 25 2020
Ana səhifə / Kriminal / “Əlillərin binası”nda qətl baş verib

“Əlillərin binası”nda qətl baş verib

Göygöl rayonunda həmyerlisini qətlə yetirən şəxsin kimliyi məlum olub.

“Report”un Qərb bürosunun məlumatına görə, hadisə şəhər ərazisində “Əlillərin binası” deyilən binada baş verib. Belə ki, həmin binada yaşayan Daşkəsən rayon sakini, 1949-cu il təvəllüdlü Qəzənfər Müzəffər oğlu Musayev tanışı olan Göygöl rayon sakini, 1952-ci il təvəllüdlü Muradov Seymur Rafiq oğlu ilə yeyib-içdikdən sonra aralarında mübahisə yaranıb. Bu zaman S.Muradov bıçağa əl ataraq ev sahibi Q.Musayevi qətlə yetirib.

Faktla bağlı Göygöl rayon Prokurorluğunda cinayət işi açılıb, araşdırma aparılır.

Həmçinin oxuyun

Peqova qarşı cinayət işi – təhvil verilməsə, özümüz…

Respublika Prokurorluğu Rusiya vətəndaşları olan “WarGonzo” layihəsinin müəllifi Semyon Vladimiroviç Peqov və Yaxın Şərq və …