Bazar , Yanvar 16 2022
Ana səhifə / Kriminal / Əlif Hacıyevin polis rəisi olmuş qardaşı həbs edildi

Əlif Hacıyevin polis rəisi olmuş qardaşı həbs edildi

Azərbaycanın Milli Qəhrəmanı Əlif Hacıyevin qardaşı həbs edilib.

Neftçala və Bakının Sabunçu rayonunun keçmiş polis rəisi olan Rza Hacıyev dünən gecə 12 radələrində paytaxtda cinayət törədib.

Rza Hacıyev bir zamanlar rəhbərlik etdiyi Sabunçu rayonunun Pirşağı qəsəbəsində münaqişə zəminində həm qohumu, həm də biznes şəriki olan şəxsin “Lexus” markalı maşınına avtomatdan 18 dəfə atəş açıb.

Artıq Rza Hacıyev saxlanılıb və onun üzərindən cinayəti törətdiyi “AKM” markalı avtomat götürülüb. İstintaq davam etdirilir.

***

Daxili İşlər Nazirliyi insidentlə bağlı açıqlama yayıb.

Bildirilir ki, Sabunçu RPİ-nin 15-ci Polis Bölməsinə dekabrın 16-da saat 23 radələrində Pirşağı qəsəbəsi ərazisində qəsəbə sakini Rza Hacıyevin münaqişə zəminində həmyerlisi Şirzad Quliyevin idarə etdiyi avtomobilə odlu silahdan atəş açaraq hadisə yerini tərk etməsi barədə məlumat daxil olub.

Xəsarət alan olmayıb.

Polis əməkdaşlarının keçirdikləri təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri nəticəsində R.Hacıyev saxlanılıb. Ondan “AKMS” markalı avtomat silahı, 2 ədəd patron və 1 ədəd patron darağı götürülüb. Araşdırma aparılır. Qafqazinfo

Həmçinin oxuyun

Şöbədə öldürülən Xanım qətldən əvvəl nə demişdi?

Ötən ilin sentyabrın 30-da serjant İsmayıl Məmmədovun şöbədə ondan şikayətçi olan arvadını güllələyib öldürməsi ilə …