Cümə axşamı , Mart 28 2024
Ana səhifə / Kriminal / Əli Abbasov əmr verdi – Siyahı

Əli Abbasov əmr verdi – Siyahı

2017-ci ildə Bakı şəhərində keçiriləcək IV İslam Həmrəyliyi Oyunlarının telekommunikasiya, internet, mobil və yayım xidmətləri ilə təmin edilməsi haqqında əmr imzalanıb.

Rabitə və Yüksək Texnologiyalr Naziri Əli Abbasov “IV İslam Həmrəyliyi Oyunlarının 2017-ci ildə Bakı şəhərində keçirilməsi üzrə Təşkilat Komitəsinin yaradılması haqqında” Azərbaycan Respublikası Prezidentinin 18 sentyabr 2015-ci il tarixli 1413 nömrəli Sərəncamına uyğun olaraq, IV İslam Həmrəyliyi Oyunlarının yüksək səviyyədə keçirilməsi və Oyunların keçiriləcəyi stadionlar, arenalar, idman mərkəzlərinin keyfiyyətli, fasiləsiz və dayanıqlı telekommunikasiya, internet, mobil və yayım xidmətləri ilə təmin edilməsi məqsədi ilə əmr imzalayıb.

2017-ci ildə Bakı şəhərində keçiriləcək IV İslam Həmrəyliyi Oyunlarının telekommunikasiya, internet, mobil və yayım xidmətləri ilə təmin edilməsinə dair mənim rəhbərliyimlə aşağıdakı tərkibdə qərargah yaradılsın:

Nazirin birinci müavini, qərargah rəhbərinin müavini – İ.Məmmədov təyin edilsin.

Qərargah üzvləri:

İİŞ-in müdiri – M. İsmayılov

TŞ-nin müdiri – Ə. Təmirov

İCŞ-in müdiri – İ. Əliyev

MİŞ-in müdiri – M. Məmmədova

MŞ-nin müdiri – T.Səfərova

BƏŞ-in müdiri – A.Bayramov

“Aztelekom” MMC-nin baş direktoru vəzifəsini icra edən – M. Məmmədov

BTRİB-in baş direktoru – B. Hüseynov

“Teleradio” İB-nin baş direktoru – Ə. Şərifov

“Azərpoçt” MMC-nin baş direktoru – Q.Bəybalayev

“Azərkosmos” ASC-nin sədri – R.Nəbiyev

“AzInTelecom” MMC-nin direktoru vəzifəsini icra edən – C. Cəfərov

DRİ-nin rəisi – Ə. Məmmədov

MHM-in direktoru – N. Mərdanov

Elektron Təhlükəsizlik Mərkəzinin direktoru – F. Fərmanov

“HMİ” MMC-nin direktoru vəzifəsini icra edən – T Hüseynov

“Azercell Telekom” MMC-nin prezidenti vəzifəsini icra edən – V. Mürsəliyev

“Bakcell” MMC-nin baş icraçı direktoru – R. Şirer

“Azerfon” MMC-nin baş icraçı direktoru – K.Maknili

“Delta Telecom LTD” MMM-in baş direktoru – R.Vəliyev

“Ultel” MMC-nin baş direktoru – Ə.Əsgərov

2. IV İslam Həmrəyliyi Oyunlarının telekommunikasiya, internet, mobil və yayım xidmətləri ilə təmin edilməsi üçün texniki təkliflərin hazırlanması, aidiyyəti üzrə müzakirə edilməsinin təşkili, qərargaha operativ məlumatların və təkliflərin verilməsi, telekommunikasiya sahəsində olan digər icraçılarla əlaqənin yaradılması məqsədi ilə aşağıdakı tərkibdə əlaqələndirici işçi qrupu yaradılsın:

İİŞ TS-nin müdiri – N.Cəfərov

RTDK-nın mühəndisi – S.Ağayev

İİŞ-in aparıcı məsləhətçisi – A.Məmmədov

DRİ-nin mühəndisi – Ş.Qasımzadə

3. Qərargaha tapşırılsın:

3.1 oyunlar keçiriləcək obyektlərin və digər əlaqəli məkanların zəruri telekommunikasiya, internet, mobil və yayım xidmətləri ilə təmin olunması üçün Təşkilat Komitəsinin tələbatına uyğun tədbirlər görülsün;

3.2 oyunların keçirilməsinin təşkili üçün tələb olunan radiotezliklərin ayrılmasına dair tədbirlər görülsün;
3.3 işlərin gedişatı barədə operativ və mütəmadi məlumatlar hazırlansın və mənə məruzə edilsin;
3.3exniki təkliflərin hazırlanması və məsləhətləşmələrin aparılması məqsədilə zərurət yarandığı təqdirdə, birlik və müəssisələrdən mütəxəssislər və əlavə ekspertlər cəlb edilsin.

4. Əmrin icrasına nəzarət İİŞ-in müdiri M.İsmayılova və SİŞ-in müdiri İ.Tağıyevə tapşırılsın.

Həmçinin oxuyun

3 azyaşlı uşaq anası məhkəmə zalında həbs edildi: əri ondan şikayətçi oldu

Bakının Qaradağ rayonu, Qızıldaş qəsəbəsində həyat yoldaşına balta ilə xəsarət yetirməkdə ittiham olunan Lalə İmaşova …

Bir cavab yazın