Çərşənbə , Mart 22 2023
Ana səhifə / Kriminal / Əli Əliyev yenidən məhkəmə qarşısında

Əli Əliyev yenidən məhkəmə qarşısında

Vətəndaş və İnkişaf Partiyasının (VİP) həbsdə olan sədri Əli Əliyev barəsindəki hökmdən kassasiya şikayəti verib.

Azinforum.az- ın əldə etdiyi məlumata görə, Ali Məhkəməyə müraciət edən partiya sədri barəsində bəraət hökmünün çıxarılmasını istəyir.

Şikayət hakim Tahir Kazımovun icraatına verilib.

Məhkəmənin ilkin hazırlıq iclası martın 1-nə təyin edilib.

Qeyd: VİP sədri Əli Əliyev 2021-ci il noyabrın 30-da qəzaya uğrayan DSX-ya məxsus “Mi-17” tipli helikopterdə sağ qalan polkovnik-leytenant Emil Cəfərov və kapitan Ramin Ədilovun xüsusi ittiham qaydasında şikayəti əsasında Cinayət Məcəlləsinin 147.1-ci maddəsinə (böhtan) uyğun olaraq 5 ay müddətinə azadlıqdan məhrum olunub.

Daha sonra R.Ədilovun şikayəti əsasında Yasamal Rayon Məhkəməsinin qərarına görə, Ə.Əliyevə 5 ay həbs cəzası təyin olunub. Təqsirləndirilən şəxs barəsində əvvəlki cəza müddəti ilə hazırkı cəza qismən toplanaraq ümumilikdə 6 ay azadlıqdan məhrum etmə cəzası seçilib.

Ötən il noyabrın 22-də Sabunçu Rayon Məhkəməsində Əli Əliyevi Cinayət Məcəlləsinin 127.2.3-cü (xuliqanlıq niyyəti ilə sağlamlığa qəsdən zərər vermə) maddəsi ilə təqsirli bilinərək 3 il 5 ay müddətinə azadlıqan məhrum edib. Bakı Apellyasiya Məhkəməsi onun şikayətini təmin etməyib.

Sonradan hakim Yeni Azərbaycan Partiyasının keçmiş funksioneri Ramiz Göyuşovun iddiası ilə Əli Əliyevin cəzası 1 ilədək artırılıb. Ötən ilin avqustda ona qarşı dördüncü cinayət işi açılıb.

Həmçinin oxuyun

DİN: “Bir gündə cinayət törətməkdə şübhəli bilinən 27 nəfər saxlanılıb”

Martın 21-də ölkə ərazisində qeydə alınan 34, əvvəlki dövrlərdən bağlı qalan 3 cinayətin açılması daxili …