Cümə axşamı , Sentyabr 21 2023
Ana səhifə / Kriminal / “Əhməd Obalı sağalır, tezliklə qalxıb hər şeyə aydınlıq gətirəcək” – Araz Obalı

“Əhməd Obalı sağalır, tezliklə qalxıb hər şeyə aydınlıq gətirəcək” – Araz Obalı

“Əhməd Obalının səhhəti getdikcə yaxşılaşır. İnşaalah, yaxın zamanda ayağa qalxdıqdan sonra hər şeyi öz dilindən eşidəcəksiz”.
Bunu Bakupost.az -a açıqlamasında Günaz TV-nin Bakı ofisinin rəhbəri Araz Obalı bildirib.
O qeyd edib ki, hadisə ilə bağlı bütün sualların cavabı polisin apardığı istintaq bitdikdən və Əhməd Obalı ayağa qalxıb danışdıqdan sonra ortaya çıxacaq:

“Bunun nə vaxt olacağını dəqiq deyə bilmərəm. Bizim yeganə yolumuz gözləməkdir. İstintaqla bağlı polisin araşdırması sürətlə gedir. Polisin açıqlaması və Əhməd bəyin danışması bəlkə də eyni vaxtda baş verə bilər. O zaman biləcəyik, nə baş verib, hadisə necə olub. Bizim bildiklərimiz sadəcə, fikir və fərziyyələrdir. Əsas odur ki, sənədlər və faktlar nəyi göstərir? Bu, çox o önəmlidir”.Araz Obalı Əhməd Obalının bir neçə dəfə əməliyyat olunduğunu bildirib:

“Onun boynunda ciddi zədə vardı. Həkimlərin dediyinə görə, bu problem zamanla düzələcək. Sağalma prosesi sürətlə gedir. Hazırda vəziyyəti yetərincə yaxşılaşıb. Tezliklə ayağa qalxacaq”.

Həmçinin oxuyun

Keçmiş vəzifəli şəxslərin məhkəməsinə bu tarixdə baxılacaq

Meliorasiya və Su Təsərrüfatı ASC-nin Viləşçay Su Anbarının İstismarı İdarəsinin sabiq rəisləri Ağabəy Ağayev, Mahir …