Ana səhifə / Kriminal / “Əgər pulumuz çatmasa, …” – ƏMANƏTLƏRİN SIĞORTALANMASI FONDU

“Əgər pulumuz çatmasa, …” – ƏMANƏTLƏRİN SIĞORTALANMASI FONDU

Azərbaycan Əmanətlərin Sığortalanması Fondu (ADIF) ləğv edilmiş banklardakı sığortalanmış əmanətlər üzrə kompensasiya ödənişinə vəsait çatmayacağı təqdirdə istiqraz buraxmaq hüququna malikdir. Bu barədə fondun rəhbəri Azad Cavadov bu gün mətbuat konfransında məlumat verib.
Xəbər verildiyi kimi, 2016-cı il fevralın 1-dən Azərbaycan banklarında fiziki şəxslərin bütün əmanətləri məbləğindən asılı olmayaraq sığortalanacaq. Sığorta üzrə məhdudiyyətlər əmanətlərin faizlərinə şamil ediləcək. Hazırda illik 12% dərəcəsi ilə cəlb edilmiş 30 min manatadək məbləğdə əmanətlər sığortalanmış sayılır.
“ADIF ləğv edilmiş banklardakı sığortalanmış əmanətlər üzrə kompensasiya ödənişinə vəsait çatmayacağı təqdirdə istiqraz buraxa bilər. İstiqrazlar həm yerli bazarda manatla, həm də xaricdə xarici valyuta ilə buraxıla bilər. Lakin hələ ki, buna ehtiyac yoxdur”, – deyə A.Cavadov qeyd edib.
Onun sözlərinə görə, digər bir variant AMB və ya Azərbaycan hökumətinə kredit üçün müraciət etmək və ya xaricdən dövlət zəmanəti ilə kredit cəlb etməkdir.
“Rusiya və Ukraynanın təcrübəsi göstərdi ki, son zamanlar bankların böyük əksəriyyəti iflasa uğrayıb, dövlət dəfələrlə bu ölkələrdə əmanətlərin sığortalanması fondunu təkrar kapitallaşdırıb”,- deyə o qeyd edib.
A.Cavadov deyib ki, 2015-ci ilin sonuna ADİF-in sığorta ehtiyatları 132 mln. manat təşkil edir, bunun 75 mln. manatı dövlət istiqrazlarında yerləşdirilib, vəsaitlərin bir hissəsi AMB-nin hesabında ABŞ dollarında, daha 7 mln. manat avroda saxlanılır. “İnterfaks-Azərbaycan”

Həmçinin oxuyun

1,2 milyonluq dələduzluqda ittiham olunan iş adamı azadlığa buraxıldı – 7 il cəza almışdı

Dələduzluqda təqsirləndirilən “MİR” avtosalonunun sahibi Məhərrəm Əhədov azadlığa buraxılıb. Qaynarinfo-nun əldə etdiyi məlumata görə, 1974-cü il …

Bir cavab yazın