Ana səhifə / Köşə Yazarları / “Yoxlama”nın qalmaqallı aparıcısı: “Sürprizlərə hazır olun”

“Yoxlama”nın qalmaqallı aparıcısı: “Sürprizlərə hazır olun”

Teleaparıcı Azər İsmayılov qalmaqallı “Yoxlama” verilişində yeniliklər edəcək.

O, bu haqda musavat.com saytına açıqlamasında deyib.

A.İsmayılov bildirib ki, tamaşaçıları fərqli “Yoxlama” gözləyir: “Verilişdə bir çox yenilik və fərqlilik olacaq. Artıq Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov da bizimlədir. Hər şey qanun çərçivəsində, hüquqi şəkildə baş verəcək. Nə kimi dəyişikliklər olacağını indidən demək doğru olmaz. Çalışırıq ki, izləyicilərə daha keyfiyyətli iş təqdim edək. Tamaşaçılar sürprizlərə hazır olsun”.

A.İsmayılov Xətai rayonu Zaur Məmmədov adına 171 saylı məktəbdə yoxlama apardıqdan sonra direktor Telman Qardaşovun vəfatında onun adının hallanmasından da danışıb: “O məsələnin mənə aidiyyatı yoxdur. Məsələ ilə bağlı bütün informasiyanı telekanalın İctimai-siyasi məsələlər və ictimaiyyətlə əlaqələr departamentinin rəhbəri Turan İbrahimov verib. Məncə, artıq sözə gərək yoxdur. Bir məsələ haqda iki şəxsin danışması doğru deyil. Hər şey deyilib. Mənim ittiham olunmağım absurddur”. (Musavat.com)

 

Həmçinin oxuyun

Jurnalistləri noqdauna salan gənc, xanım direktor…

Təhsildə vəziyyət bərbaddır. Bunun əksini kimsə sübut edə bilməz. Xüsusilə də paytaxt məktəbləri direktorlar üçün …

Bir cavab yazın