Çərşənbə axşamı , Aprel 16 2024
Ana səhifə / Köşə Yazarları / “Yeni Müsavat”dan İlhamə Quliyevaya sərt cavab – “Görünür, onda proses gedir…”

“Yeni Müsavat”dan İlhamə Quliyevaya sərt cavab – “Görünür, onda proses gedir…”

“İlhamə Quliyeva yaşlı qadındır. O tez-tez müxtəlif fikirlər səsləndirir. O ahıl qadındır. Ahıl vaxtlarında görünür onda nə isə proseslər gedir.”

Bu sözləri Avropa.info-ya İlhamə Quliyevanın “Yeni Müsavat” qəzetinin rəhbərliyini həbs etdirməklə hədələməsinə münasibət bildirərkən qəzetin baş redaktorunun birinci müavini Azər Ayxan bildirib.

Azər Ayxan daha sonra sözlərinə belə davam edib: “Yaşlı-başlı adamdır. Biz ona nə deyə bilərik ki? İndi biz işimizi-gücümüzü atın onunla danışası deyilik ki.”

“Bəs siz necə düşünürsünüz İlhamə xanım “Yeni Müsavat” qəzetinin rəhbərliyinin mütləq cinayət məsuliyyətinə cəlb olunacağını deyir. Sizcə o sizi həbs etdirə bilərmi?” sualına isə jurnalist belə cavab verib:

“Vallah, nə deyim əlindən nə gəlirsə yoxlasın görsün görüm bacarırmı. Yoxlasın görsün bir ki, “Yeni Müsavat”a nə isə edə bilərmi.”

Xatırladaq ki, “Yeni Müsavat” qəzetinin İlhamə Quliyevanın hazırda həbsdə olan köməkçisi Mehriban Hüseynovanın məktubunu dərc etməsi səbəbilə xalq artisti bunun cinayət olduğunu demiş və qəzetin rəhbərliyinin cinayət məsuliyyətinə cəlb olunacağını bildirmişdi.

Həmçinin oxuyun

Jurnalistləri noqdauna salan gənc, xanım direktor…

Təhsildə vəziyyət bərbaddır. Bunun əksini kimsə sübut edə bilməz. Xüsusilə də paytaxt məktəbləri direktorlar üçün …

Bir cavab yazın