Çərşənbə axşamı , Aprel 23 2024
Ana səhifə / Köşə Yazarları / Xəzər Televiziyasının yeni inzibati binasının açılışı oldu

Xəzər Televiziyasının yeni inzibati binasının açılışı oldu

Dekabrın 30-da Bakıda Xəzər Televiziyasının yeni inzibati binasının açılışı olub.

AZƏRTAC xəbər verir ki, açılış mərasimində Azərbaycan Respublikası Prezidentinin ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov, Milli Məclisin deputatları, qeyri-hökumət təşkilatlarının, kütləvi informasiya vasitələrinin, ictimaiyyətin nümayəndələri iştirak ediblər.

Əvvəlcə inzibati bina ilə bağlı videoçarx nümayiş etdirilib.

Sonra mərasim iştirakçıları binada yaradılan şəraitlə tanış olublar.

Müasir memarlıq üslubunda inşa edilən onmərtəbəli binada ümumilikdə 265 otaq, o cümlədən 5 çəkiliş studiyası, min kvadratmetrlik böyük şou studiyası, müxtəlif ölçüdə beş virtual studiya var. Bu studiyalar üç böyük efir studiyası və nəhəng pult vasitəsilə idarə olunur. Operativ və keyfiyyətli xəbər hazırlamaq üçün studiyası öz daxilində olan 1300 kvadratmetrlik xəbər mərkəzi, həmçinin 3 dublyaj, 8 səsyazma studiyası, makiyaj və montaj otaqları var. Binada, həmçinin “Xəzər FM” radiosu üçün ən müasir avadanlıqla təchiz olunmuş efir studiyaları və otaqları yaradılıb.

Dörd böyük seminar və on iclas otağının, fitnes və idman otaqlarının, kitabxananın, uşaq bağçasının yaradıldığı binada əməkdaşlar üçün tibbi xidmət də göstəriləcək.

Həmçinin oxuyun

Jurnalistləri noqdauna salan gənc, xanım direktor…

Təhsildə vəziyyət bərbaddır. Bunun əksini kimsə sübut edə bilməz. Xüsusilə də paytaxt məktəbləri direktorlar üçün …

Bir cavab yazın