Bu messencerin “Android” platformasında işləyən 2.17.291 beta-versiyasından istifadə edənlərin bəziləri üçün yeni funksiyaya giriş əlçatandır.

Foto ikonkasını mətn mesajına keçirmək üçün statuslardan ibarət vərəqə keçmək və sağ tərəfdən aşağıda karandaş işarəsinin üzərinə sıxmaq lazımdır.

Bundan sonra mətni daxil etmək, ona emodzi əlavə etmək, şrifti və fonun rəngini seçmək mümkündür. Üzərində təyyarə şəkli olan yaşıl düymənin üzərinə sıxdıqdan sonra hazır statuslardan ibarət pəncərə açılır.

“WhatsApp” avtomatik silinən statusları 6 ay öncə təqdim edib. İstifadəçilər şəkillər dərc edərək, öz dost və yaxınlarını nə ilə məşğul olduqları barədə xəbərdar edirlər. Bu şəkillər 24 saatdan sonra avtomatik silinir.AZƏRTAC