Ana səhifə / Köşə Yazarları / Vahid Mustafayev adı hallanan olay haqda – AÇIQLAMA

Vahid Mustafayev adı hallanan olay haqda – AÇIQLAMA

Bakı Şəhər Dövlət Yol Polisi İdarəsi Bakıda bir qrup motosikletçinin saxlanılması haqqında yayılan məlumata münasibət bildirib.

İdarənin ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Vaqif Əsədov “Qafqazinfo”ya belə bir hadisənin həqiqətən də baş verdiyini təsdiqləyib. Amma o, xəbərin təhrif olunmuş formada ictimaiyyətə təqdim edildiyini qeyd edib:

“Vəfat edən motosiklet həvəskarı Toğrul Mirzəzadənin yas mərasiminə gedən motosikletçilər Nəcəfqulu Rəfiyev, Afiəddin Cəlilov, Neftçilər və Fəhlə prospektləri ilə hərəkət ediblər. Onlar yolda manevr tələblərini pozub və digər kobud qayda pozuntuları ediblər. Bundan sonra polisin haqlı saxlama əmrinə tabe olmayıblar. Xidmət aparan polis işçiləri qanunvericilikdə tələb edildiyi formada motosikletləri “Xəzər” TV-nin inzibati binasının yaxınlığında saxlayıblar”.

Vaqif Əsədov əlavə edib ki, bağlanan ANS-in keçmiş prezidenti Vahid Mustafayev sözügedən karvanda olmayıb, hadisə yerinə sonradan gəlib:

“Onun düzgün rəftarı və təbliğatı ilə motosiklet sürücüləri nəqliyyat vasitələrini orada qoyub, “hüzn yerinə tələsirik” deyərək məkandan uzaqlaşıblar. Sonradan həmin ərazidəki 10 motosiklet cərimə meydançasına aparılıb”.

Qeyd edək ki, daha öncə yayılan informasiyada V.Mustafayevin də saxlanıldığı və avtobusa mindirilərək hadisə yerindən uzaqlaşdırıldığı yazılmışdı.

Həmçinin oxuyun

Jurnalistləri noqdauna salan gənc, xanım direktor…

Təhsildə vəziyyət bərbaddır. Bunun əksini kimsə sübut edə bilməz. Xüsusilə də paytaxt məktəbləri direktorlar üçün …

Bir cavab yazın