Ana səhifə / Köşə Yazarları / Türkiyədə canlı yayımda polislər studiyada əməliyyat keçirdi – VİDEO

Türkiyədə canlı yayımda polislər studiyada əməliyyat keçirdi – VİDEO

Türkiyədə canlı yayım zamanı polis əməliyyat keçirib.

Müge Anlının “Tatlı Sert” proqramında maraqlı anlar yaşanıb. Yılmaz Aslan adlı şəxs polis tərəfindən canlı yayımda həbs olunub. Oğlu 17 yaşlı qızı qaçırdığı üçün qaçan qızın ailəsi şikayətçi olub. Edilən şikayətdən sonra hərəkətə keçən təhlükəsizlik qüvvələri Yılmaz Aslanın oğlunu saxlayıb.

Məhkəməyə çıxan Yılmaz Aslanın oğlu həbs olunub. Axtarılan Yılmaz Aslan da Müge Anlının verilişində yaxasını ələ verib.

“Qızın atası gəldi şikayətçi olmamaq üçün 10 min TL istədi, verdim. Adam şikayətini geri çəkdi, ancaq məhkəmə davam etdi və oğlum ilə qardaşım həbs olundu. Mən nə edəcəyəm Müge xanım. Oğlumla gəlinim gəlib. Küçəyə atmaq olmaz. Mən də ata olaraq qəbul etdim. Atası da iddiadan imtina etmişdi”, – deyə Yılmaz Aslan söyləyib.

Həmçinin oxuyun

Jurnalistləri noqdauna salan gənc, xanım direktor…

Təhsildə vəziyyət bərbaddır. Bunun əksini kimsə sübut edə bilməz. Xüsusilə də paytaxt məktəbləri direktorlar üçün …

Bir cavab yazın