Şənbə , Aprel 20 2024
Ana səhifə / Köşə Yazarları / “Trend”in əməkdaşını maşın vurdu – Sürücü hadisə yerindən qaçıb

“Trend”in əməkdaşını maşın vurdu – Sürücü hadisə yerindən qaçıb

“Trend” İnformasiya Agentliyinin müxbiri Samir Güləliyevi maşın vurub.

Bu barədə jurnalist özü məlumat verib. Onun sözlərinə görə, hadisə 20 Yanvar metrostansiyasının yaxınlığında baş verib.

“Prado LAND CRUZER” markalı 10 VJ 266 dövlət nömrə nişanlı avtomobil sürətlə piyadalar üçün nəzərdə tutulmuş yerdə dayanan jurnalisti vurub. S. Güləliyevi vuraraq yolun kənarına atan sürücü hadisə yerindən qaçıb.

Xəsarət alan Samir Güləliyev Respublika Kliniki Xəstəxanasına müraciət edib. Jurnalistin sol ayağı çatlayıb. S. Güləliyev ev şəraitində müalicə edilmək üçün evə buraxılıb.

Hadisə ilə bağlı Yasamal Rayon Polis İdarəsinə də məlumat verilib.

Həmçinin oxuyun

Jurnalistləri noqdauna salan gənc, xanım direktor…

Təhsildə vəziyyət bərbaddır. Bunun əksini kimsə sübut edə bilməz. Xüsusilə də paytaxt məktəbləri direktorlar üçün …

Bir cavab yazın