Cümə axşamı , Aprel 18 2024
Ana səhifə / Köşə Yazarları / Telekanallarda sözün bitdiyi yer – İTV və Mədəniyyət TV-nin “əkiz” filmi…

Telekanallarda sözün bitdiyi yer – İTV və Mədəniyyət TV-nin “əkiz” filmi…

Ayna.az saytının baş redaktoru Elçin Şıxlı Moderator.az-a açıqlamasında ziyalı sözünü yaxına buraxmayan ölkə telekanallarının necə acınacaqlı durumda olmasına diqqət yönəltmişdi:

“Hesab edirəm ki, ziyalılara yönəlik bu ittihamın əsası yoxdur. Əgər söhbət əsl ziyalıdan gedirsə, əsl ziyalı həmişə millətin dərdini deyəcək. Bizdə isə televiziyalar müstəqil olmadığı, ümumiyyətlə birbaşa efir olmadığı üçün onların sözlərini kəsirlər. Bu hal bir-iki dəfə təkrar olandan sonra isə ziyalı verilişə gəlmək istəmir. Televiziyalarda da qara siyahı var. Bu siyahıda göstərilir ki, verilişlərə filankəsləri çağırmaq olmaz. Yaxud filankəs filan tədbirdə varsa, onu göstərmək olmaz. Belə şəraitdə ziyalıdan nə isə gözləməyin mənası yoxdur”.

Elçin Şıxlının fikirlərinin təsdiqi özünü çox gözlətmədi. Bu dəqiqələrdə “çevir tatı, vur tatı” mərəzinə yoluxmuş telekanallarımızdan ikisi – İTV və Mədəniyyət kanalı eyni vaxtda “Arşın mal alan” filmini nümayiş etdirir. Adama deyərlər ki, zalım uşağı, başınıza veriliş, yaxud, film qəhətdimi? Buna sözün bitdiyi yer deyilmirmi…?

Həmçinin oxuyun

Jurnalistləri noqdauna salan gənc, xanım direktor…

Təhsildə vəziyyət bərbaddır. Bunun əksini kimsə sübut edə bilməz. Xüsusilə də paytaxt məktəbləri direktorlar üçün …

Bir cavab yazın