Ana səhifə / Köşə Yazarları / Təxribat xəbərləri yayan rus telekanalının əməkdaşları Azərbaycandan qovuldu

Təxribat xəbərləri yayan rus telekanalının əməkdaşları Azərbaycandan qovuldu

Rusiyanın LifeNews telekanalının çəkiliş qrupu Azərbaycandan deportasiya olunub.

Bunu Azərbaycan Xarici İşlər Nazirliyi mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev deyib.

Onun dediyinə görə, telekanalın jurnalistləri Azərbaycanda heç bir rəsmi akkreditasiya olmadan çalışıblar və Dağlıq Qarabağ münaqişəsi ilə bağlı təxribat xarakterli, yalan məlumatlar yayıblar.

“Onlar Azərbaycana qarşı təxribatla məşğuldular, Dağlıq Qarabağ münaqişəsi barədə yanlış məlumatlar yayırdılar. Bunu nəzərə alaraq həmin jurnalistlərin ölkəmizin ərazisində olması qeyri-qənaətbəxş sayılıb”, – H.Hacıyev deyib(Virtualaz.org).

Xatırladaq ki, bu telekanalın rəhbəri erməni Aşot Qabrielyandır.

Həmçinin oxuyun

Jurnalistləri noqdauna salan gənc, xanım direktor…

Təhsildə vəziyyət bərbaddır. Bunun əksini kimsə sübut edə bilməz. Xüsusilə də paytaxt məktəbləri direktorlar üçün …

Bir cavab yazın