Çərşənbə axşamı , Aprel 23 2024
Ana səhifə / Köşə Yazarları / “Sumka daşımaqdan belimdə “qrija” əmələ gəlib” – Jurnalistin anası

“Sumka daşımaqdan belimdə “qrija” əmələ gəlib” – Jurnalistin anası

Keçmiş polis işçisi, jurnalist Cavid Şirəliyevin anası Zahidə Şirəliyeva oğlunun qanunsuz həbsini iddia edərək onun azadlığa qovuşmasını tələb edir.

O bildirib ki, oğlu 2014- cü ilin avqust ayının 31-də həbs edilib: “Guya, 2013- cü ilin iyun ayında Tovuz rayonun Qovlar şəhərində yerləşən “Tatar” kafesinin icarəçisi Şəfiqə Xankişiyevdən 2000 manat pul tələb edib, əvəzində ondan 700 manat pul alıb. Halbuki Vergilər Nazirliyi yanında Vergi Cinayətlərinin İbtidai araşdırması departamenti məktublarında “Tatar” kafesinin 31 dekabr 2012- ci il tarixdən 31 dekabr 2013- cü il tarixədək fəaliyyət göstərdiyini qeyd edib. Yəni 2013- cü ilin iyun ayında belə bir kafe mövcud olmayıb. Bu fakt Tovuz rayon icra hakimiyyəti başçısının Qovlar qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəliyi və qəsəbə sakinləri tərəfindən də rəsmi qaydada təsdiq olunub. Şəfiqə Xankişiyeva ifadələrində 2013- cü ilin iyun ayının təxminən ortalarında oğlumla telefon danışığından sonra Qazax rayonunda görüşdüyünü israr edib. Ancaq mobil operatorlardan alınan telefon danışıqlarına dair məlumatlarda heç bir telefon danışığının olmadığı qeyd edilib. Müstəntiq də bu günə kimi belə bir danışığın olmasını sübuta yetirə bilməyib. Bütün bu sübutlara baxmayaraq oğlumu jurnalist fəaliyyətinə görə qanunsuz olaraq Cinayət Məcəlləsinin 182.2.1 maddəsi ilə 5 il müddətinə azadlıqdan məhrum etdilər. Biz bu həbs qərarından apellyasiya şikayəti vermişik. 10 günə Apellyasiya Məhkəməsi keçirilməlidir.

Oğluma hakim dedi ki, pul aldığını boynuna alsın maddəsini dəyişək, azad edək. Ancaq oğlum etmədiyi bir şeyi yalandan boynuna almaqdan imtina etdi. İki ildə 48 dəfə məhkəmə keçirildi.Yollarda qaldım. Oğlumun biri dünyasını dəyişib, bir oğlum həbsdədir, həyat yoldaşım vəfat edib. Hər cür xəstəliyim var. Bir anaya bu qədər zülm etməkmi olar? Sumka daşımaqdan belimdə “qrija” əmələ gəlib. Bir sağlam ayaqlarım qalmışdı, indi onları da zorla hərəkət etdirirəm”.(qafqazinfo)

Həmçinin oxuyun

Jurnalistləri noqdauna salan gənc, xanım direktor…

Təhsildə vəziyyət bərbaddır. Bunun əksini kimsə sübut edə bilməz. Xüsusilə də paytaxt məktəbləri direktorlar üçün …

Bir cavab yazın