Ana səhifə / Köşə Yazarları / “Space”də daha bir ayrılıq – Redaktor işdən getdi

“Space”də daha bir ayrılıq – Redaktor işdən getdi

“Space” televiziyasının  Xəbərlər Xidmətinin redaktoru Azadə Balayeva işdən ayrılıb.
Moderator.az xəbər verir ki, o, bu barədə sosial şəbəkədə yazıb.
“Bir aylıq məzuniyyətin ardından “Space TV”-də 4 illik fəaliyyətim də başa çatdı. Bu gündən rəsmən işsiz sayılıram və aktiv iş axtarışındayam. Uyğun bildiyiniz iş təkliflərinizə sevinərəm”.
Azadə Balayevə bildirib ki, tutduğu vəzifədən ayrılmasının səbəbi onunla şirkət arasında olan məsələdir.
“Şirkət rəhbərliyi işdən ayrılmağımın səbəbini bilir və anlayışla qarşıladılar. Bu səbəbləri isə açıqlamağı etik saymıram”.
Qeyd edək ki, bir müddət əvvəl bir neçə əməkdaş kanaldakı işindən ayrılıb.

Həmçinin oxuyun

Jurnalistləri noqdauna salan gənc, xanım direktor…

Təhsildə vəziyyət bərbaddır. Bunun əksini kimsə sübut edə bilməz. Xüsusilə də paytaxt məktəbləri direktorlar üçün …

Bir cavab yazın