Çərşənbə axşamı , Mart 19 2024
Ana səhifə / Köşə Yazarları / Sabiq daxili işlər naziri azadlığa BURAXILMADI

Sabiq daxili işlər naziri azadlığa BURAXILMADI

Ali Məhkəmə Naxçıvanın sabiq daxili işlər naziri general-leytenant Əhməd Əhmədovun verdiyi kassasiya şikayətinin müddətinin bərpası ilə bağlı qərarı elan edib.

Bu barədə “Report”a onun vəkili Dilsuz Məmmədov məlumat verib.

O bildirib ki, hakim Ələsgər Novruzovun sədrliyi ilə keçirilən iclasda prosessual müddətin uzadılması ilə bağlı ərizə əsassız hesab olunub.

Qeyd edək ki, Ə.Əhmədov 17 il Naxçıvan Muxtar Respublikasının daxili işlər naziri vəzifəsində çalışıb. O, 2021-ci ildə həbs olunub. Keçmiş nazir 9 milyon manatı mənimsəmədə təqsirli bilinib. Daha sonra Naxçıvan Muxtar Respublika Hərbi Məhkəməsinin hökmü ilə Ə.Əhmədov 11 il müddətinə azadlıqdan məhrum edilib.

Vasif Talıbovun Naxçıvan MR-in rəhbərliyindən uzaqlaşdırılmasından sonra Ə.Əhmədova qarşı çox ağır cinayət ittihamları səsləndirilib. Görünür bu ittihamlar Ə.Əhmədovla bağlı qərara təsir edib. Daha əvvəl onun azadlığa buraxılacağı gözlənilirdi. 

Həmçinin oxuyun

Jurnalistləri noqdauna salan gənc, xanım direktor…

Təhsildə vəziyyət bərbaddır. Bunun əksini kimsə sübut edə bilməz. Xüsusilə də paytaxt məktəbləri direktorlar üçün …