Çərşənbə axşamı , Mart 19 2024
Ana səhifə / Köşə Yazarları / Rusiya Zəngəzuru bizə qaytarıb Naxçıvanı blokadadan çıxaracaq

Rusiya Zəngəzuru bizə qaytarıb Naxçıvanı blokadadan çıxaracaq

Mağazalarda polietilen (sellofan) torbaların pulla satılması bəzilərinin narazılığına səbəb olsa da, mən buna sevinirəm. Hacıqabulda zibil bizim fermanın ətrafına töküldüyündən hər yan elə bil pambıq sahəsidir. Torbalar kolların başına ilişib qalıb, adam iyrənir. Mal-qara torbaları yeyib ölür. Qazıb torpağa basdıranda da min illərlə torbalar çürümür. Torba pulsuzdur deyə əhali ətrafı həyasızcasına zibilləyir. Mən torbaları yandırıram. Pamperslərə (uşaq bezləri) qarşı da ölçü götürmək lazımdır. Ölkəni pamners basıb.

Ölkədə daha böyük hadisələr baş verir. Paşinyan qərbə yaxınlaşmaq istədikcə Rusiya bizim xeyrimizə addımlar atacaq. Ən azından tarixi torpağımız olan Zəngəzuru bizə qaytarıb Naxçıvanı blokadadan çıxaracaq. Ermənistan Rusiyaya qarşı qərblə birləşsə, Ermənistan adlı dövlət olmayacaq. Bu dövləti Rusiya yaradıb, Rusiya da onun taleyini həll edəcək. Bizim qərbpərəstlər indiki vəziyyətdə Paşinyanla eyni mövqedən çıxış edirlər ki, Rusiyanı Cənubi Qafqazdan çıxarıb qərbi bu bölgəyə gətirsinlər. Onlar hətta Zəngəzur məsələsini ələ salırlar. Savadlı adamlar başa düşürlər ki, qərbpərəstləri dövlətin və xalqın maraqları yox, qərbin dəstəyi və hakimiyyət maraqlandırır. Nə gözəl ki, qərbpərəstlər artıq uduzublar. Onlar gözləyirdilər ki, Rusiya Ukrayna müharibəsində uduzub dağılacaq, qərb bizim regionun idarəçiliyini öz casuslarına verəcək. Qərbə işləyənlərin əksəriyyəti vaxtilə sovet hökumətindən ən çox fayda götürən insanlardır. Onlar hesab edirdilər ki, artıq Rusiya zəifləyib dağılmaq üzrədir, güclü qərbə xidmət edib daha çox fayda götürmək olar. Rusiya satqınlara elə dərs verəcək ki, yediklərini qusacaqlar.

Nankorluğun axırı həmişə belə olur.

Mətanət Əliyeva

Həmçinin oxuyun

Jurnalistləri noqdauna salan gənc, xanım direktor…

Təhsildə vəziyyət bərbaddır. Bunun əksini kimsə sübut edə bilməz. Xüsusilə də paytaxt məktəbləri direktorlar üçün …