Cümə , Aprel 19 2024
Ana səhifə / Köşə Yazarları / Rusiya telekanalında Azərbaycan haqda film nümayiş olunacaq

Rusiya telekanalında Azərbaycan haqda film nümayiş olunacaq

Rusiyanın nüfuzlu “НТВ” telekanalının nümayəndələrinin Azərbaycana səfəri təşkil olunub.

Trend Mədəniyyət və Turizm Nazirliyinin saytına istinadən məlumat verir ki, Azərbaycanın turizm potensialının dünyada təbliği ilə əlaqədar, Rusiyanın “НТВ” telekanalında hər həftə yayımlanan “Поедем, поедим!” kulinar-etnoqrafik verilişində respublikamızın turizm potensialını və milli mətbəxini əks etdirən filmin nümayişi nəzərdə tutulub. Bu məqsədlə 2016-cı ilin 28 mart – 1 aprel tarixlərində Bakı şəhərində və regionlarda çəkilişlərin aparılması üçün verilişin nümayəndə heyəti Azərbaycanda səfərdədir.

Bakı şəhərində çəkilişlər Dənizkənarı Milli Park, Yanardağ, Atəşgah və şəhərimizin digər görməli yerlərində, həmçinin Gəncə, Naftalan şəhəri və Göygöl rayonlarında aparılacaq.

Həmçinin oxuyun

Jurnalistləri noqdauna salan gənc, xanım direktor…

Təhsildə vəziyyət bərbaddır. Bunun əksini kimsə sübut edə bilməz. Xüsusilə də paytaxt məktəbləri direktorlar üçün …

Bir cavab yazın