Şənbə , Aprel 20 2024
Ana səhifə / Köşə Yazarları / Rauf Arifoğlu – 49

Rauf Arifoğlu – 49

Bu gün “Yeni Müsavat” media qrupunun rəhbəri Rauf Arifoğlunun doğum günüdür. Onun 49 yaşı tamam olur.

Rauf Arifoğlu 23 iyul 1966-cı ıldə Tovuzun Yuxarı Öysüzlü kəndində anadan olub. 1983-cü ildə həmin kəndin orta məktəbini qurtarıb. 1988-ci ildə Azərbaycan Texnologiya Universitetini, 1994-cü ildə isə Qərb Universitetini bitirib. 1988-ci ildə milli-azadlıq hərəkatına qoşulub. 1989-cu ildə qeyri-formal olaraq “Birlik dərgisi”ni çap etdirib. 1989-cu ildə isə “Yeni Müsavat” qəzetinin əsasını qoyub. Eyni zamanda, Azərbaycan Milli Demokrat Yeni Müsavat Partiyasını (AMDYMP) yaradıb. 1992-ci ildə isə AXC rəhbərliyindən olan bir neçə şəxslə Müsavat Partiyasını bərpa ediblər və AMDYMP Müsavata birləşib. Müxtəlif vaxtlarda Müsavatın Divan üzvü, başqan müavini olub. Bu il iyulun 15-də partiya üzvlüyündən çıxıb. İyirmi altı ildir “Yeni Müsavat”ın baş redaktorudur. Evlidir, 3 övladı var.

Azinforum.az  olaraq Rauf Arifoğlunu ad günü münasibəti ilə təbrik edir, ona can sağlığı və uğurlar arzulayırıq.

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

Həmçinin oxuyun

Jurnalistləri noqdauna salan gənc, xanım direktor…

Təhsildə vəziyyət bərbaddır. Bunun əksini kimsə sübut edə bilməz. Xüsusilə də paytaxt məktəbləri direktorlar üçün …

Bir cavab yazın