Şənbə , Aprel 20 2024
Ana səhifə / Köşə Yazarları / Qafqaznews.az-ın baş redaktoru məhkəməyə müraciət etdi

Qafqaznews.az-ın baş redaktoru məhkəməyə müraciət etdi

Qafqaznews.az saytının baş redaktoru Araz Məmmədov “Qafqazinfo.az” saytının baş redaktoru Elbrus Seyfullayevlə bağlı xüsusi ittiham qaydasında Səbail rayon məhkəməsinə müraciət edib. Müraciətdə qeyd olunur ki, təqsirləndirilən şəxs “Qafqazinfo.az” saytının baş redaktoru Elbrus Seyfullayev 17 avqust 2015-ci ildə xüsusi bəyanat yayaraq bildirmişdir ki, “bu gün tanınmış onlayn media qurumlarının domenlərinə oxşar domenlər alaraq saytlar yaradan və bununla da reket fəaliyyəti ilə məşğul olan xeyli sayda portallar yaranıb”. Elbrus Seyfullayevin həmin bəyanatı yaymaqda məqsədi “Qafqaznews.az” saytını reket fəaliyyəti ilə məşğul olmaqda ittiham etməsindən ibarət olmuşdur. Çünki həmin bəyanatda söhbət eyni oxşar adlı xəbər portallarından getmiş və xüsusi olaraq “Qafqaznews.az” saytının adı qeyd edilmişdir. Bu da onu deməyə əsas verir ki, Elbrus Seyfullayev “Qafqaznews.az” saytının fəaliyyətini reketlik etməkdə görür və həmin saytı ictimaiyyətə də bu cür təqdim edir. Elbrus Seyfullayevin bu bəyanatı açıq-aşkar hüquqlarımızı pozmuş, bu bəyanat mətbuat orqanları və ictimaiyyət arasında “Qafqaznews.az” saytı barəsində mənfi rəy yaratmağa istiqamət vermiş və beləlikdə də işgüzar nüfuzumuza xələl yetirmişdir.

Elbrus Seyfullayevin “Qafqaznews.az” saytı barəsində “reketliklə məşğul olması” ifadəsini işlətməklə xüsusi bəyanat yayması hesab edirəm ki, o bununla “Qafqaznews.az” saytının rəhbərini ağır cinayətdə ittiham etmişdir. Təqsirləndirilən şəxs tərəfindən “Qafqazinfo.az” saytında “Qafqaznews.az” saytı barəsində böhtan xarakterli bəyanat yayıldıqdan dərhal sonra həmin bəyanatla bağlı Azərbaycan Mətbuat Şurasının sədri cənab Əflatun Amaşova müraciət edilmiş və həmin müraciətdə “Qafqaz Xəbər Ağentliyi” MMC-nin və onun tərkibində fəaliyyət göstərən “Qafqaznews.az”, “Qafqaznews.org” və “Legion.az” saytları barəsində reket elan olunub-olunmaması barədə məlumat verilməsi xahiş olunmuşdur.

Azərbaycan Mətbuat Şurasının 28 avqust 2015-ci il tarixli, 87 nömrəli məktubu ilə “Qafqaz Xəbər Ağentliyi” MMC-nin və onun tərkibində fəaliyyət göstərən saytların adlarının MŞ-nın “qara siyahı”sında olmadığı göstərilmişdir.

Bununla da bir daha sübuta yetirilir ki, həmin bəyanatda “Qafqaznews.az” saytı barəsində yayılan məlumat (reket fəaliyyəti ilə məşğul olma ifadəsi) böhtandır. Araz Məmmədov məhkəmədən, xahiş edir ki: “ Təqsirləndirilən şəxs “Qafqazinfo.az” saytının baş redaktoru Seyfullayev Elbrus Ramiz oğlunun Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.2-ci maddəsilə cinayət məsuliyyətinə cəlb edilməsi, barəsində cinayət təqibinin başlanması və onun həmin maddə ilə təqsirli bilinib cəza təyin edilməsi barədə hökm çıxarasınız”.

Məsələ ilə bağlı Araz Məmmədovun fikirlərini öyrəndik. O, bildirdi ki, reketlik Cinayət Məcəlləsində təsbit olunmuş konkret cinayət əməlidir. Elbrus Ərud məni və rəhbərlik etdiyim saytı reketlikdə ittiham etməklə cinayət məsuliyyəti daşıyır:

“ Kimisə reketlikdə ittiham etmək üçün prokurorluq istintaq aparmalı, məhkəmə qərar çıxarmalıdır. Bəlkə Elbrus Ərud məhkəmənin, prokurorluğun səlahiyyətlərini mənimsəyib? Mən rəhbərlik etdiyim kollektivin imicini qorumaq üçün bu məhkəmə çəkişməsini sonadək aparacam. Hətta beynəlxalq qurumlara da müraciət edəcəm. Sonda böhtançı Elbrus Ərudun cinayət məsuliyyətinə cəlb olunması üçün axıradək mübarizə aparacam”.

Həmçinin oxuyun

Jurnalistləri noqdauna salan gənc, xanım direktor…

Təhsildə vəziyyət bərbaddır. Bunun əksini kimsə sübut edə bilməz. Xüsusilə də paytaxt məktəbləri direktorlar üçün …

Bir cavab yazın