Ana səhifə / Köşə Yazarları / Prokurorun 5 il cəza istədiyi  baş redaktora bu gün  hökm oxunacaq – “Ədalətli qərar gözləyirəm”

Prokurorun 5 il cəza istədiyi  baş redaktora bu gün  hökm oxunacaq – “Ədalətli qərar gözləyirəm”

Azinforum.az-ın məlumatına görə, bu gün daha bir jurnalist həbs edilə bilər. Abşeron Rayon Məhkəməsində saat 15-00-da nəzərdə tutulan prosesdə  “Son olay” saytının baş redaktoru Ramil Məhəmmədoğluna hökm oxunacağı gözlənilir. Qeyd edək ki, bir neçə gün  əvvəl, baş redaktorun atası 3 il müddətinə azadlıqdan mərhum edilib. Ramil Məhəmmədoğlu Azinforum.az-ın əməkdaşı ilə söhbətində bildirib ki,  atasına və ona qarşı qaldırılan cinayət işləri  onun jurnalist fəaliyyətilə əlaqədar olub:

“Biz Füzuli rayonundan məcburi köçkünük. Hazırda ailəmiz çox ağır günlərini yaşayır. Ağcabədi  rayon təhsilindəki korrupsiya faktlarının üstünü açandan sonra, belə təzyiqlərlə qarşılaşmalı olduq. Atamı hədə qorxu ilə tələbetmə maddəsilə həbs ediblər. Halbuki, barəsində yazdığım adamlar atamı çağırıb xahiş edirdilər ki,  mən yazıları dayandırım.  Sonra şikayət ediblər ki, atam güya onlardan pul istəyib. Mənə qarşı qaldırılan iddiaları da əsassız sayıram. Prokuror mənə 5 il iş istəyib. Ümidvaram ki, bu gün  Abşeron məhkəməsi barəmdə ədalətli qərar çıxaracaq. Mən jurnalist fəaliyyətimdə daima hazırkı hakimiyyətin siyasi kursunu müdafiə etmişəm. Himayəmdə iki azyaşlı uşaq var. Onlardan biri ağır qan xəstəsidi. Ölkə rəhbərliyindən xahiş edirəm ki, bizimlə bağlı prosesi ciddi nəzarətdə saxlasın. Məhkəmədən ədalətli qərar gözləyirəm”.

Prosesi diqqətdə saxlayacayıq. Məhkəmənin nəticəsilə bağlı əlavə məlumat verəcəyik.

Azinforum.az

 

Həmçinin oxuyun

Jurnalistləri noqdauna salan gənc, xanım direktor…

Təhsildə vəziyyət bərbaddır. Bunun əksini kimsə sübut edə bilməz. Xüsusilə də paytaxt məktəbləri direktorlar üçün …

Bir cavab yazın