Cümə , Aprel 19 2024
Ana səhifə / Köşə Yazarları / Nüfuzlu alman qəzetindən Rusiyanın Qarabağla bağlı məkrli planı haqda sensasion iddia…

Nüfuzlu alman qəzetindən Rusiyanın Qarabağla bağlı məkrli planı haqda sensasion iddia…

“Rusiyanın indiki məqamda əsas istəyi münaqişə bölgəsinə maksimum dərəcədə öz sülhməramlılarını yerləşdirməkdir”

Qarabağ ətrafında baş verən son olaylar dünya mətbutaının diqqətindədir və demək olar ki, dünyanın aparıcı media qurumları bu mövzuya toxunaraq öz baxışlarını sərgiləyiblər.
Almaniyanın “Süddeutsche Zeitung” qəzeti də Qarabağ ətrafında baş verən olaylara həsr edilən böyük bir analitik yazı dərc edib.
Moderator.az  yazının əhəmiyyətini nəzərə alaraq oxucuların diqqətinizə çatdırır. Qəzet yazır ki, uzunmüddətli atəşkəsin pozulması və qısamüddətli geniş hərbi əməliyyatların  alovlanması nəticəsində həm Ermənistan, həm də Azrbaycan tərəfi itki verib. Bir neçə günlük hərbi əməliyyatlardan sonra tərəflər yenidən atəşkəs  qərarına gəliblər. Qəzet ATƏT-in hazırki sədri, Almanityanın xarici işlər naziri Frank-Valter Ştaynmayerin fikrindən sitat gətirərək  qeyd edib ki, Qarabağda vəziyyətin kəskinləşməsi göstəriri ki, vaxt itirmədən ATƏT MQ çərçivəsində  münaqişənin  həllinin hərtərəfli və dayanıqlı  siyasi yollarının axtarışına başlanılmalıdır.
“Hazırkı vəziyyətdə vəziyyəti gərginləşdirmək yox,  atəşkəsi təmin etmək  və növbəti  hərbi təcavüzdən  yayınmaq lazımdır”, – deyə F.V. Ştaynmayer qeyd edib.
“Süddeutsche Zeitung” yazır ki,  20 ildən artıq müddətdə elan edilən atəşkəsə baxmayaraq təxribatlar, atışmalar nəticəsində insanlar  dünyasını dəyişib. “Təkcə aprelin  2-dən 5-dək davam edən aktiv hərbi əməliyyat nəticəsində  tərəflər xeyli sayda itki verib. Ona görə də 20 ildən artıq davam edən bu münaqişənin növbəti atəşkəsin  siyasi həllinə gətirib çıxaracağına  demək çox  çətindi. Məhz 1994-cü ildə atəşkəsin elan olunması həm Ermənistan, həm də Azərbaycan otuz min insan tələfatı verməsi və yüz minlərlə insan öz yurdlarını təkr etməsindən sonra baş vermişdi. O zaman bu hərbi məğlubiyyət Azərbaycan üçün bir travma idi. Çünki beynəlxalq hüquq normalarına əsasən  Dağlıq Qarabağ Azərbaycana məxsusdur və onun ərazisində yerləşir.
 Dağlıq Qarabağın  Ermənistanla isə iki vasitə ilə əlaqəsi  var – bir maliyyə, ikincisi isə hərbi dəstəklə. Məhz  onlar bu yolla Azərbaycandan ayrılıb öz müstəqilliklərini elan etmək istəyirlər”, – qəzet yazır.
Qəzet son hərbi əməliyyatların başlanmasının səbəbini haqqında  da  öz baxışını ortaya qoyub. Qəzet yazır ki, son  hadisələrə səbəb atəşkəs rejimində uzunmüddətli aparılan sülh danışıqlarının nəticə verməməsi olub.
Belə ki, Ermənistan Dağlıq Qarabağa göstərdiyi dəstəkdən geri durmaq istəmir və işğal olunmuş torpaqları Azərbaycana geri qaytarmaq niyyəti yoxdu. Baxmayaraq ki, beynəlxalq hüquqa əsasən  Dağlıq Qarabağ Azərbaycanın tərkib hissəsidir. Rəsmi Bakının da öz növbəsində haqlı hüquqi pinsiplərindən geri  çəkilmək niyyəti yoxdur. O baxımdan da tərəflər arasında vəziyyətin gərginləşməsi  problemin  güc yolu  ilə həllini ortaya qoyub və vəziyyəti kəskinləşdirib.  Burada digər məqamlar da var. Bu da ondan ibarətdir ki,  neft ölkəsi olan Azərbaycanın özünə inamı artıb. Azərbaycan neftin hesabına varlanıb və inkişaf edib. Bu müddət ərzində varlanan Azərbaycan ordunu yeniləşdirib və gücləndirib. Hətta Azərbaycanda orduya xərclənən  büdcə  Ermənistanın ümumi dövlət büdcəsi səviyyəsində olub. O baxımdan Azərbaycan Ermənistanı münaqişənin sülh yolu ilə həll emtəyəcəyi təqdirdə  problemi güc yolu ilə həll edəcəyini bəyan edib.
“Süddeutsche Zeitung” yazır ki, münaqişədə Ermənistanı Rusiya dəstəkləyirsə, Azərbaycana da Türkiyə dəstək verir.
Ona görə də Moskvanın  dəstəyinə arxalanan Ermənistan öz mövqeyindən geri durmaq istəmir. İrəvan Rusiyanın  Ermənistanda  yerləşdiridiyi hərbi bazaya və bundan əlavə olaraq Rusiya ilə müttəfiqliyini, həmçinin MDB məkanındakı  Kollektiv Təhlüksəizlik Müqaviləsi Təşkilatının üzvlüyünə arxalanaraq Qarabağa münaqişəsinin həllini istəmir və bu prosesə Rusiyanı yaxından cəlb etmək istəyir. İrəvan ümid edir ki, əgər  Azərbaycanla Ermənistan arasında  münasibətlər hərbi müstəviyə keçsə, Rusiya ona dəstək verəcək. Hətta bunu Ermənistan prezidenti Serj Sərkisyan bu günlərdə verdiyi bəyanatda da  xatırladıb.
Qəzet yazır ki, ancaq  iki ölkə arasında hərbi münaqişə başlarsa Moskva  münaqişə tərəfi olmayacaq. “Çünki Moskvanın Cənubi Qafqazda öz marağı var. Rusiya təkcə Ermənistanı silahla təmin etmir, eyni zamanda Azərbaycana da silah satır. Bu yolla Rusiya  bu bölgəni öz təsir dairəsində saxlamaq istəyir. Ona görə də tərəf olmaq isətmir. Digər bir məqam isə ondan ibarətdir ki, Rusiya  münaqişəyə girməməklə Türkiyə ilə onsuz da yaxşı olmayan münasibətini daha da kəskinləşdirmək istəmir. Rusiyanın indiki məqamda əsas istəyi münaqişə bölgəsinə maksimum dərəcədə öz sülhməramlılarını yerləşdirməkdir. Hələlik münaqişə edən tərəflər belə bir variantı istisna edirlər.”

Həmçinin oxuyun

Jurnalistləri noqdauna salan gənc, xanım direktor…

Təhsildə vəziyyət bərbaddır. Bunun əksini kimsə sübut edə bilməz. Xüsusilə də paytaxt məktəbləri direktorlar üçün …

Bir cavab yazın