Ana səhifə / Köşə Yazarları / Naxçıvanlı gənclər ingilis dilində yeni informasiya saytı yaradıblar

Naxçıvanlı gənclər ingilis dilində yeni informasiya saytı yaradıblar

Naxçıvan şəhərindəki “Gənclik Mərkəzi”ndə ingilis dilində nakhchivantoday.com saytının təqdimatı olub.

Naxcivantv.az xəbər verir ki, bir qrup naxçıvanlı gəncin birgə səyi ilə ərsəyə gələn nakhchivantoday.com onlara öz potensiallarını, yaradıcılıq qabiliyyətlərini nümayiş etdirməyə imkan yaradacaq.

Tədbirdə saytın yaradıcı heyətindən Emil Səmədov çıxış edərək bildirib ki, nakhchivantoday.com artıq bir aydır, fəaliyyətdədir. Bu müddət ərzində dizaynı, tərtibatı, məlumatların yerləşdirilməsi və digər təkmilləşdirmə işləri aparılıb. Saytda “Xəbərlər”, “Videoarxiv”, “Mədəniyyət”, “İdman”, “Turizm”, “Dahi”, Naxçıvan bu gün”, “Qan yaddaşı” bölmələri yaradılıb. Naxçıvanla bağlı xarici vətəndaşları maraqlandıran aktual mövzular üçün “Köşə yazıları” bölməsi yaradılıb. Emil Səmədov qeyd edib ki, istifadəçilər sayt vasitəsilə tariximiz, muxtar respublikanın turizm potensialı, ümumilikdə, ölkəmizin ictimai-siyasi, mədəni həyatında baş verən yeniliklər barədə geniş məlumat alacaqlar. Həmçinin saytın android istifadəçiləri üçün mobil proqramı və sosial şəbəkələrdə səhifələri də mövcutdur.

Sonra saytın təqdimatı ilə bağlı slayd nümayiş olunub, Naxçıvanda təhsil alan xarici tələbələrin muxtar respublika ilə bağlı fikirləri tədbir iştirakçılarına təqdim edilib.

 

Nakhchivan today

Naxçıvan Turizm və İnformasiya Mərkəzinin direktoru Gülnarə Sadiqova, AMEA Naxçıvan Bölməsinin elmi işçisi Elxan Məmmədov və “Oğuz səsi” qəzetinin redaktoru Şəhla Nəbiyeva çıxışlarında qeyd ediblər ki, müasir texnologiya əsrinin ən əsas xüsusiyyətlərindən biri də insanlara məlumatların qısa vaxt ərzində dolğun və operativ şəkildə çatdırılmasıdır. Bu tələblər əsasında qurulan nakhchivantoday.com da gəncləri öz ətrafında birləşdirməklə onların yaradıcılıq potensialını üzə çıxaracaq, Naxçıvan reallıqlarını, muxtar respublikanın mədəni və turizm imkanlarını təbliğ edəcək.

Daha sonra saytın ərsəyə gəlməsində iştirak edən gənclər səhnəyə dəvət olunublar. Onlar çıxış edərək qeyd ediblər ki, saytın yaradılmasında əsas məqsəd vətəndaşlıq borcumuzu yerinə yetirmək, Naxçıvanımızı dünyaya tanıtmaq, xarici vətəndaşlara Naxıvanın turizm potensiyalı barədə geniş məlumat verməkdən ibarətdir.

Həmçinin oxuyun

Jurnalistləri noqdauna salan gənc, xanım direktor…

Təhsildə vəziyyət bərbaddır. Bunun əksini kimsə sübut edə bilməz. Xüsusilə də paytaxt məktəbləri direktorlar üçün …

Bir cavab yazın