Cümə , Aprel 19 2024
Ana səhifə / Köşə Yazarları / Naxçıvan gəncləri yeni informasiya saytı yaradıblar

Naxçıvan gəncləri yeni informasiya saytı yaradıblar

Naxcivantv.az xəbər verir ki, dünən mediaktiv.az saytının təqdimatı keçirilib.

Gənclərimiz muxtar respublikanın ictimai-mədəni həyatında yaxından iştirak edirlər. Naxçıvanın universitetlərində təhsil alan 18 nəfər tələbə-gəncin birgə səyi ilə ərsəyə gələn mediaktiv.az saytı da gənclərə öz potensiallarını, yaradıcılıq qabiliyyətlərini göstərməyə imkan yaradacaq.

Saytın baş redaktoru Elvin Budaqov təqdimat mərasimindəki çıxışında tədbir iştirakçılarına təşəkkürünü bildirib, sayt haqqında məlumat verib. Qeyd edib ki, müasir texnologiya əsrinin ən əsas xüsusiyyətlərindən biri də insanlara məlumatların qısa vaxt ərzində dolğun və operativ şəkildə çatdırılması imkanının genişliyidir. Bu tələblər əsasında qurulan mediaktiv.az saytı da gəncləri öz ətrafında  birləşdirməklə onların yaradıcılıq potensialını üzə çıxaracaq, Naxçıvan reallıqlarını, muxtar respublikanın  mədəni və turizm imkanlarını təbliğ edəcək.

Sonra saytın ərsəyə gəlməsində iştirak edən gənclər səhnəyə dəvət olunub. Digər çıxış edənlər də gəncləri  təbrik edib və yeni nailiyyətlər arzulayıblar. Qeyd ediblər ki, muxtar respublika ərazisinin bütövlükdə sürətli internetlə təmin  edilməsi, dünyaya çıxış imkanlarının yaradılması saytın daha çox izlənilməsinə münbit şərait yaradır.

Saytın redaktorlarından Aysel Əsgərli gəncləri bu internet portalından istifadə etməyə və öz yaradıcılıq potensiallarını üzə çıxarmağa səsləyib. Vurğulayıb ki, sayt 7 bölmə və 21 yarımbölmədən ibarətdir. Bu bölmələrdə gündəlik informasiyalar və məqalələr yer alır.    Sayt muxtar respublika ilə bağlı operativ informasiyaların yayımlanmasında naxcivantv.az saytının imkanlarından istifadə edəcək.

Çıxışlardan sonra saytın təqdimatı olub.

İnanırıq ki, gənclərimiz əzmlə çalışacaq və Naxçıvan Muxtar Respublikasının inkişaf və tərəqqisinin əsas təbliğatçılarından birinə çevriləcəklər.

n6

 

Həmçinin oxuyun

Jurnalistləri noqdauna salan gənc, xanım direktor…

Təhsildə vəziyyət bərbaddır. Bunun əksini kimsə sübut edə bilməz. Xüsusilə də paytaxt məktəbləri direktorlar üçün …

Bir cavab yazın