Şənbə , Aprel 20 2024
Ana səhifə / Köşə Yazarları / Nardaranda təzyiqlə üzləşən jurnalistlər istintaqa çağırıldı

Nardaranda təzyiqlə üzləşən jurnalistlər istintaqa çağırıldı

Bakının Nardaran qəsəbəsində təzyiqlərə məruz qalmış “Azad Azərbaycan” Televiziyasının (ATV) əməkdaşları hadisə ilə bağlı aparılan istintaqa cəlb olunublar.

“Report”un xəbərinə görə, ATV-nin sürücüsü, müxbir və operatoru istintaqa dəvət edilib. Onlar Nardaranda təzyiqə məruz qalmaları, habelə televiziyanın avtomobilinə zərər vurulması barədə suallara cavab veriblər.

Qeyd edək ki, Daxili İşlər Nazirliyi (DİN) noyabrın 26-da Nardaranda əməliyyat keçirib. Əməliyyatdan sonra ərazidə çəkiliş aparmaq istəyən bir neçə KİV əməkdaşına təzyiq edilib.

Həmçinin oxuyun

Jurnalistləri noqdauna salan gənc, xanım direktor…

Təhsildə vəziyyət bərbaddır. Bunun əksini kimsə sübut edə bilməz. Xüsusilə də paytaxt məktəbləri direktorlar üçün …

Bir cavab yazın