Çərşənbə axşamı , Aprel 23 2024
Ana səhifə / Köşə Yazarları / Müsavat Rauf Arifoğluna görə toplanır – Fövqəladə iclas

Müsavat Rauf Arifoğluna görə toplanır – Fövqəladə iclas

Müsavat Ali Məclisi Rauf Arifoğluna görə fövqəladə iclasa toplanır

Bu barədə azvision.az-a Müsavat başqanı Arif Hacılı məlumat verib.

O, müsahibəsindən sonra “Yeni Müsavat” qəzetinin baş redaktoru Rauf Arifoğlu ilə arasında yaşananlara yalnız Ali Məclisin iclasından sonra münasibət bildirəcəyini deyib.

Qeyd edək ki, Müsavat başqanı Arif Hacılı mətbuata son müsahibəsində “Yeni Müsavat” qəzetinin baş redaktoru Rauf Arifoğluna qarşı bir sıra ittihamlar irəli sürüb. Buna cavab olaraq Rauf Arifoğlu rəhbərlik etdiyi qəzetdə geni yazı ilə ona cavab verib. Baş verənlərə etiraz olaraq “Yeni Müsavat” qəzetinin əməkdaşları Müsavatdan istefa verməyə başlayıb.

Həmçinin oxuyun

Jurnalistləri noqdauna salan gənc, xanım direktor…

Təhsildə vəziyyət bərbaddır. Bunun əksini kimsə sübut edə bilməz. Xüsusilə də paytaxt məktəbləri direktorlar üçün …

Bir cavab yazın