Cümə , Aprel 19 2024
Ana səhifə / Köşə Yazarları / “Muhteşem Yüzyıl Kösem”in reytinqi düşdü

“Muhteşem Yüzyıl Kösem”in reytinqi düşdü

İkinci bölümü yayımlanan “Muhteşem Yüzyıl Kösem” serialının reytinqi aşağı düşüb.

“Qafqazinfo” Türkiyə mətbuatına istinadən xəbər verir ki, uzun müddətdir ki, reklam edilən və baş rollarında Anastasia Tsilimpiou, Hülya Avşar, Ekin Qoç, Mete Horozoğlu kimi məşhurların yer aldığı serialın ilk bölümündə Osmanlı imperatorluğunu təhqir edən səhnələr və tarixi səhvlər olduğu iddia edilmiş və “Muhteşem Yüzyıl Kösem” tənqidlərə məruz qalmışdı.

İlk bölümündə reytinqdə ikinci olan serial dünən yayımlanan ikinci seriyası siyahıda 7-ci olub. Ötən həftə xüsusilə sosial şəbəkədə tənqid edilən ekran işi üçün “Xalq “Muhteşem Yüzyıl Kösem”ə həddini bildirdi”şərhləri edilib.

Həmçinin oxuyun

Jurnalistləri noqdauna salan gənc, xanım direktor…

Təhsildə vəziyyət bərbaddır. Bunun əksini kimsə sübut edə bilməz. Xüsusilə də paytaxt məktəbləri direktorlar üçün …

Bir cavab yazın