Cümə axşamı , Mart 28 2024
Ana səhifə / Köşə Yazarları / Mikayılın verilişlərinə görə Space TV-yə xəbərdarlıq

Mikayılın verilişlərinə görə Space TV-yə xəbərdarlıq

Milli Televiziya və Radio Şurasının növbəti iclası keçirilib.

Şuradan Moderator.az-a verilən məlumata görə, iclasda Space televiziyasında yayımlanan “Sevimli şou” və “Məhəbbət əhvalatları” verilişləri müzakirə edilib.

Həmin verilişlərin Azərbaycan xalqının milli-mənəvi dəyərlərinə, efir mədəniyyətinə zidd olduğu xüsusi vurğulanıb. Eyni zamanda bu cür verilişlərin tamaşaçıların haqlı narazılığına səbəb olduğu qeyd edilib. Space televiziyasında yayımlanan “Sevimli şou” və “Məhəbbət əhvalatları” verilişlərində teleradio fəaliyyətinin əsas prinsiplərinin, proqrama verilmiş tələblərin pozulduğu nəzərə alınaraq “Space” televiziyasına xəbərdarlıq elan edilib.

Hər iki proqramın aparıcısı Mikayıl Güləddinoğludur.

Həmçinin oxuyun

Jurnalistləri noqdauna salan gənc, xanım direktor…

Təhsildə vəziyyət bərbaddır. Bunun əksini kimsə sübut edə bilməz. Xüsusilə də paytaxt məktəbləri direktorlar üçün …

Bir cavab yazın