Şənbə , Aprel 20 2024
Ana səhifə / Köşə Yazarları / Mikayıl Cabbarov “Space”in baş redaktorunun işdən qovdurdu – ŞOK TƏFƏRRÜAT

Mikayıl Cabbarov “Space”in baş redaktorunun işdən qovdurdu – ŞOK TƏFƏRRÜAT

“Space” Müstəqil Teleradio Şirkətinin (Space TV) “Hər gün” informasiya proqramının baş redaktoru Elman Gədiklini tutduğu vəzifədən azad edilib.
Gununsesi.info xəbər verir ki, unikal.org E.Gədiklinin vəzifədən azad olunması ilə bağlı şok təfərrüat əldə edib.
Məlumata görə, bir müddət əvvəl E.Gədiklinin oğlu Təhsil Nazilriyinin və “ASAN” Xidmətin birgə həyata keçirdiyi işə qəbul imtahanında iştirak edib, lakin imtahanda uğursuz nəticə göstərib. İmtahan nəticələrinə görə E.Gədiklinin oğlu ASAN Xidmətə işə qəbul oluna bilməyib.
Bundan hiddətlənən E.Gədikli “ASAN” Xidmət və Təhsil Nazirliyinin birgə həyata keçirdiyi imtahanla bağlı ötən gün “SPACE TV”-nin “Hər gün” İnformasiya Proqramında qərəzli videomaterial hazırlayaraq yayımlayıb.
Məsələdən xəbər tutan Təhsil naziri Mikayıl Cabbarov “SPACE” TV-nin prezidenti Vaqif Mustafayevə zəng edib. Nazir V. Mustafayevdən baş redaktorun işdən azad olunmasını istəyib. Bundan sonra “SPACE TV”-nin prezidenti V.Mustafayev dünən 15:00-da E.Gədiklini tutduğu vəzifədən azad edib və kanaldan uzaqlaşdırıb.

Həmçinin oxuyun

Jurnalistləri noqdauna salan gənc, xanım direktor…

Təhsildə vəziyyət bərbaddır. Bunun əksini kimsə sübut edə bilməz. Xüsusilə də paytaxt məktəbləri direktorlar üçün …

Bir cavab yazın